Rəsul Quliyev Milli Şura ilə bağlı ViDEO yayacaq

img

03-07-2013 [12:08]


?Hakimiyyətin axırına çıxmaq üçün lazım olan 100 addımdan ikisini atmışıq?. Bu barədə eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib. Milli Şuranın Rüstəm İbrahimbəyovu vahid namizəd seçməsini alqışlayan R.Quliyev Misirdə baş verən hadisələrlə Azərbaycanı müqayisə edib: ?Milli Şura prezident seçkiləri üçün vahid namizədini də seçdi. Azərbaycan xalqını indiki hakimiyyətdən xilas olmaq istiqamətində bir addım da atıldı. Ancaq bu hadisə hələ prosesin başlanığıcıdır. Məsələn, əgər hakimiyyətin axırına çıxmaq üçün 100 addım atmaq lazımdırsa, bunun ancaq 2-si atılıb, qarşıda hələ 98 addım dayanıb. Əsas məsələ ondadır ki, bundan sonrakı addımlar sizin iştirakınız olmadan effekt verə bilməz. Bir daha bu gün Misirdə baş verənləri xatırlayın. Kim inanardı ki, 4 gün bundan öncə mitinqçiləri vəhişicəsinə döyən polis, 2 gündən sonra Aleksandriya şəhərində mitinqçilərin nümayişinə başçılıq edəcək. Kim inanardı ki, prezident sarayını qorumaq üçün sədlər quran ordu dünən prezidentə ultimatum verəcək. Xalqın gücü güclü yağışdan sonra dağ çayının seli kimidir, qarşında hər şeyi süpürüb atır. Azərbaycan Misirdən fərqlidir. Azərbaycan polisi Misirdəki kimi öz camaatına qarşı silah işlətməz?-deyə R.Quliyev vurğulayıb. Milli Şura ilə bağlı ona çoxsaylı sualların daxil olduğunu deyən eks-spiker bunlara yaxın günlərdə videoyazı ilə cavab verəcəyini deyib: ?Milli Şura ilə əlaqədar mənə çoxlu suallar verilir, bu suallara videoyazı ilə cavab vermək qərarına gəlmişəm. Əgər bununla əlaqədar suallarınız varsa, müraciət edə bilərsiniz?. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA