Nazpəri ilhaməyə 50 min uduzdu; Nazpəri Dostəliyeva sərt açıqlama verdi

img

02-07-2013 [05:37]


Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin ödənilməsinə dair mülki işə məhkəmə baxışı başa çatdırılıb. Mia.az ?Qafqazinfo?ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin bu günkü (02.07.2013-cü il) tarixli qətnaməsi ilə İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib. Məhkəmənin qətnaməsinə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib. Eyni zamanda qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə İlhamə Quliyevadan üzr istəməlidir. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 9 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib. *** Nazpəri Dostəliyeva məhkəmədə İlhamə Quliyevaya uduzması ilə bağlı xəbəri təkzib etdi. Bu barədə mövqe.az-a eksklüziv xəbər verən xalq artisti Nazpəri Dostəliyeva bildirdi: "Yalan məlumatdır. Olmayan şey necə yaza bilər axı... Elə bir məhkəmə olmayıb. Mən heç kimə 50 min manat uduzmamışam. Heç kimdən də üzr istəmək fikrim yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib