Siyavuz Novruzov: ?Milli Şura kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırır??

img

01-07-2013 [06:15]


"Milli Şura kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırsın. Parlamenti Azərbaycan xalqı formalaşdırıb?. Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın vahid namizədlə bağlı bu gün açıqladığı memorandumun şərtlərinə münasibət bildirərkən deyib. YAP funksioneri bildirib ki, Azərbaycan xalqı parlamentə etimad göstərdiyindən öz nümayəndələrini də seçib. ?Milli Şurada olanların heç biri xalqdan Milli Məclisdə təmsil olunmaq üçün mandat ala bilməyib. Belə olan təqdirdə onlar parlamenti necə buraxa bilərlər? Ən yaxşı halda özlərini buraxa bilərlər?-deyə o, ironik şəkildə qeyd edib. Milli Şuranın vahid namizədiylə bağlı məsələnin perspektivinə isə YAP rəsmisi inanmır. ?Vahid namizəd məsələsi mümkün olan şey deyil?-deyə vurğulayıb. Xatırladaq ki, Milli Şuranın memorandumunda 2014-cü ildə parlamenti buraxmaq nəzərdə tutulub( Modern.az). #601;diyl

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA