Millət vəkili, jurnalistlər və futbolçuların olduğu təyyarədə qəza vəziyyəti yarandı

img

01-07-2013 [03:34]


Bu gün Türk Hava Yolları ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Antaliyaya uçan təyyarə məcburi qəza enişi edib. Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu hafta.az-a açıqlamasında bildirib ki, təyyarə saat 13:15-də havaya qalxdıqdan bir qədər sonra eniş etməli olub. Səbəb isə təyyarənin qapılarından birinin yaxşı bağlanmaması olub. Təyyarə eniş etmək üçün bir neçə saat dövrə vurmalı olub. Hazırda təyyarə Heydər Əliyev Hava Limanında texniki baxışdan keçirilir. Nasazlıq aradan qaldırıldıqdan sonra uçuş yenidən həyata keçiriləcək?. Qeyd edək ki, bu gün ?Azercell?in təşkilatçılığı ilə baş redaktorların qatıldığı böyük bir jurnalist heyəti ilə Antaliyaya yola düşüb. Təyyarədə jurnalist Aqil Abbas, Rəşad Məcid, Qabil Abbasoğlu, İradə Tuncay, Yunus Oğuz və digər media rəhbərləri ilə yanaşı ?Qəbələ? futbol klubunun üzvləri də olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA