islam partiyasının sədri ölüm aclığına bazladı; Mövsüm Səmədova türmədə təzyiqlər artıb

img

29-06-2013 [12:01]


Hazırda ƏN Penitensiar Xidmətin 11 saylı cəzaçəkə müəsissəsində saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və Əfqan adlı başqa bir dindar ölüm aclığına başlayıb. Mia.az-ın xəbərinə görə, aclığın başlanmasına səbəb Mövsüm Səmədovun heç bir əsas olmadan "kars"a salınması göstərilir. İslam Partiyasının sədrinə qarşı bu cür təxribatlar isə onun adının yeni formalaşan Milli Şuraya salınmasından sonra daha geniş vüsət alıb: "Bu dəfə də heç bir əsas olmadan ona 7 sutka "kars" veriblər. Bütün bunlar Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsinə hesablanıb. Hər iki dindar tələbləri yerinə yetirilməyənə qədər açlığı dayandırmağı düşünmür". Azərbaycan İslam Partiyasından Mövsüm Səmədovun aclıq etdiyi təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA