Aydınlar Partiyası Müsavat Partiyası bazqanının müzaviri ilə bağlı bəyanat verdi

img

28-06-2013 [01:21]


Aydınlar Partiyası Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbsini siyasi sifariş sayır və bu faktı siyasi fəalların təqib kampaniyasının davamı kimi qiymətləndirir. Bu barədə partiyanın yaydığı bəyanatda bildirilir. Aydınlar Partiyası hesab edir ki, Y.Sadıqov öz mövqeyinə, baxışlarına, çıxışlarına görə həbs edilib: ?Y.Sadıqov siyasi fəal olmaqla yanaşı forumçu, blogerdir. O sosial şəbəkələrdə hökumətin siyasətini mütəmadi olaraq tənqid edib. Elə buna görə də Y.Sadıqovu bu yolla onu susdurmağa, söz və ifadə azadlığını faktiki olaraq ləğv etməyə çalışırlar. Aydınlar Partiyası hesab edir ki, ?Nida? Vətəndaş Hərəkatının 7 üzvünün, Müsavat başqanın müavini Tofiq Yaqublunun, ReAl hərəkatının sədri İlqar Məmmədovun, bir sıra tanınmış dindarların həbsinin ardınca Y.Sadıqovun həbsi dövlət başçısının Bürüsseldə verdiyi ?həbsdə siyasi rəqiblərim yoxdur? bəyanatı ilə tam ziddiyyət təşkil edir. Prezident seçkisi yaxınlaşdıqca, siyasi fəallara qarşı zorakılıq halları da artır. Bu bir daha göstərir ki, hakimiyyət demokratik seçki keçirmək niyyətindən çox uzaqdır?. Aydınlar Partiyası hakimiyyətdən siyasi təqiblərə son qoymağı, Y.Sadıqov da daxil olmaqla siyasi fəalların azadlığa buraxılmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA