Hafiz Hacıyev Abzeron Rayon təzkilatının fəalları ilə görüz keçirib

img

27-06-2013 [03:06]


İyunun 26?ı Ordu Günündə Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev partiyanın qərargahında əslən Qərbi Azərbaycandan olan, indi Abşeron rayonunda məskunlaşan partiya fəalları ilə görüşüb. Görüşdə ənənəvi olaraq ölkədə və dünyada baş verən hadisələr, bu hadisələrə onların münasibəti müzakirə edilib.Son günlər Qərbi Azərbaycandan olan bir qrup insanların fəallaşmasını və müxtəlif bəyanatlarla çıxış etməsinin düzgün və yalnış olub - olmamasını haqda xeyli müzakirə edən tərəflər ,Azərbaycan reallığında,indiki zamanda bu cür addımların lazımsız və təhlükəli olduğunu qeyd ediblər . Bundan sonra təşkilat üzvləri Qərbi Azərbaycandan deportasiya olmuş və çox böyük zərəl görmüş insanlara ,sığındığı ana vətəndə də bir çox haqsızlıqların edildiyini dilə gətiriblər.Bilərəkdən və yaxud bilməyərəkdən onlara edilən haqsızlıqların Bütövlükdə Azərbaycanın ziyanına olduğunu deyiblər.Qərbi Azərbaycandan deportasiya olanların hamısının kimliyini təsdiqləyən sənədlərin (pasportları) dəyişdirilərək ,qaçqın statuslarının üstlərindən götürülməsinin Dağlıq Qarabağın həlli məsələsində də mənfi təsiri olacağını qeyd edən toplantı iştirakçıları,bir partiya olaraq bu məsələnin gündəmə gətirməyin vacib olduğunu qeyd edirlər. Bundan sonra 2013 ?cü ildə prezident seçkisində Qərbi azərbaycanlıların dəstək verəcəyi namizədin təbliğat-təşviqat işində fəal olmalarını xahiş edən Hacıyev ,onları narahat edən haqlı problemlərin partiya tərəfindən bütün mümkün olan dəstəyin veriləcəyinə söz verib.Toplantıda iştirak edən Qərbi Azərbaycanlılar namizədliyi təstiq olunacağı təqdirdə Hafiz Hacıyevin uğur qazanması üçün çalışacaqlarına söz veriblər. Bununlada toplantı başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA