Müsavat Yadigar Sadıqovla bağlı bəyanat verdi; Partiya kimlərin cəzalandırılmasını tələb edir?

img

26-06-2013 [07:19]


Müsavat Partiyası, təşkilat sədrinin müşaviri Yadigar Sadıqova qarşı təxribatla bağlı bəyanat verib. Mia.az bəyanatı olduğu kimi təqdim edir: "13 Yanvar 2013 cü ildə Musavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbərin Lənkəran şəhərinə səfərinin qarşısını almaq ücün onun həyatına sui-qəsd etməkdən belə cəkinməyən hakimmiyət nümayəndələri bu səfərin təşkilatçısı, sosial şəbəkələrdə daima fəal olan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovu cəzalandırmaq ücün, 6 ay idi fikirləşirdilər. Nəhayət, dünən bu barədə düşüncələrini həyata keçirmək ücün hərəkətə start verilib. Lənkəran şəhərində hamının narkoman kimı tanıdığı bir nəfərin çayxanada Yadigar Sadıqovu təxribata cəkmək planı baş tutmadıqda, təşkilatçılar uydurma şikayətin ?Səs? Informasiya Agentliyinə ötürülməsinə nail ola biliblər. Həmin şəxsin kim tərəfindən, harada, hansı şəraitdə döyülməsi müəmma olaraq qalır. ?Azərtac? Dövlət Agentliyinin hadisəni hələ hüquq mühafizə orqanları araşdırmamış Yadigar Sadıqovu gunahlandıran informasiya verməsi, bu işin qurama olduğunu sübüt edir. Məqsəd Yadigar Sadıqovu şərləyərək həbs etməkdir. Bu gün səhər saatlarından 90 BA 303 dövlət nömrə nişanlı ağ rəngdə ?Jeep? avtomobilinin içərisindəki naməlum şəxslər Yadigar Sadıqovun yaşadığı mənzilin qarşısında keşikdə durublar. Müsavat Partiyası həyata kecirilən bu təxribat hadisəsini ölkədə qanunsuzluğun baş alib getməsi hesab edir, müvafiq dövlət qurumlarından qanunazidd əməllərin qarşısının alınmasını, Yadigar Sadiqovun normal fəaliyyət göstərməsinin təmin edilməsini və günahkarların cəzalandırılmasını tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA