Rəsul Quliyevdən Milli Şuranın ABŞ səfəri ilə bağlı ilginc açıqlama: "Həmizə olduğu kimi kimsə..."

img

25-06-2013 [07:22]


Milli Məclisin eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şura rəhbərliyinin Vaşinqtonda görüşlər keçirəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Mia.az xəbər verir ki, sabiq spiker Modern.az saytına eksklüziv açıqlamasında Milli Şurada təmsil olunan partiya rəhbərlərinin Amerikada toplanacağından xəbərsiz olduğunu bildirib. R.Quliyevin sözlərinə görə, Milli Şurada təmsil olunan liderlərin Amerika səfəri ilə bağlı bəyanat verməsi qeyri-ciddidir. ?Mənim bu görüşdən xəbərim yoxdur, düşünürəm ki, həmişə olduğu kimi kimsə ?belə bir şayiə yaysam, köməyi dəyər? fikirləşib. Kimlərsə gəlib Vaşinqtonda kimlərləsə görüşə bilər, amma "Milli Şuranın rəhbərliyi Vaşinqtonda toplantı keçirəcək" bəyanatı qeyri-ciddidir?-deyə R.Quliyev açıqlama verib. Qeyd edək ki, politoloq Zəfər Quliyev Modern.az-a açıqlamasında üzvü olduğu Milli Şura rəhbərliyinin (partiya rəhbərlərinin) Amerikaya səfər edəcəyini bildirib. Onun sözlərinə görə, səfər iyulun 10-a təyin olunub. Liderlərin ABŞ səfərində Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun iştirak edəcəyi qeyd edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA