Məhkəmə partiya sədri və oğlunun müraciətini arazdırdı

img

25-06-2013 [12:49]


Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, 75 yaşlı professor Hacıbaba Əzimov və onun oğlu Ceyhun Əzimov Bakı Şəhər İcra Hakimiyyəti və onun ?Qış parkı?nın ərazisində yaşayan sakinlərinin köçürülməsinə məsul əməkdaşı Zülfəli İsmayılovla bağlı şikayətinə nəhayət, baxılacaq. Bu barədə mia.az-a daxil olan məlumata görə, Hacıbaba Əzimov və oğlu Ceyhun Əzimov qarşı tərəfdən yaşadıqları mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbini etsələr də, neçə müddətdir ki, şikayətləri üzrə ?ötür-ötür? oyunu gedir: ?Bu müddət ərzində məhkəmə işin aidiyyatı üzrə baxılacaq instansiyasını müəyyənləşdirə bilmirdilər. İşi baxılmaq çün gah İqtisad Məhkəməsinə, gah da rayon məhkəmələrinə göndərirdilər. Son dəfə bu şikayətə Səbail rayon Məhkəməsində baxılıb. Lakin adıçəkilən məhkəmə şikayətin aidiyyatı üzrə onlara aid olmadığını əsas gətirərək, təmin etməyib. Nəhayət, bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsi partiya sədri və oğlunun şikayətinə baxacaq məhkəməni müəyyənləşdirib?. Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə araşdırılıb: ?Hakim partiya sədri, professor Hacıbaba Əzimovla oğlunun şikayətləri ilə bağlı qərarını açıqladı. Onların şikayəti Nəsimi rayon Məhkəməsində araşdırılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA