MMP-də seçki ilə bağlı son hazırlıqlar baza çatmaqdadır

img

24-06-2013 [02:20]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında seçki ilə bağlı hazırlıqların hesabat toplantısı keçirilib. Toplantıda Seçki Qərargahının üzvləri, İşçi Qrupu və Təşkilatı şöbənin müdiri iştirak ediblər. Toplantını giriş sözü ilə açan təşkilat sədri ilk öncə İşçi Qrupunun gördüyü işlərin hesabatını istəyib.Bir ay ərzində görülən işlərin hesabatını verən İşçi Qrupu hazırlıqların son mərhələdə olduğunu qeyd edib.Regionlarda yaradılan seçki qərargahlarının işinin qaydasında olduğunu qeyd edən qrup rəhbəri ,artıq seçki marafonuna startın verilməsini gözlədiklərini deyib. Toplantıda Təşkilat Şöbəsinin və həm də Seçki Qərargahının sədri Rəsul Məmmədovun hesabatı da dinlənilib.Sənədlərin hazırlanma mərhələsinin başa çatdığını deyən təşkilat sədri,namizədin səlahiyyətli nümayəndələrinin,vəkillərinin,dairələrə nəzarət edəcək nümayəndələrin hamısının sənədlərinin tam hazır olduğunu deyib. Bundan sonra seçki ilə bağlı texniki məsələlər haqqında da müzakirələr edilib.Dəfələrlə seçkidə iştirak edən MMP-nin bu yöndə də heç bir problem yaşamayacağını qeyd edən toplantı iştirakçıları ,rəhbərlik tərəfindən bundan sonrakı mərhələnin təlimatlarını alıblar. Bununla da toplantı başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA