Ombudsman Bakı istintaq təcridxanasına nümayəndələrini göndərdi

img

24-06-2013 [01:05]


İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Tofiq Yaqublu, Zaur Qurbanlı, Taleh Bağırovla görüşüblər. MIA Ombudsman Aparatının saytına istinadən xəbər verir ki, görüşdə məqsəd həmin şəxslərin Bakı istintaq təcridxanasında saxlanılma şəraiti və onlarla rəftar məsələlərinin öyrənməsi olub. Qəbul edilən şəxslər saxlanılma şəraiti və rəftardan şikayət etməyib, onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Həmin şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumatlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA