ADP-çi Milli Şuraya görə partiyadan çıxdı

img

24-06-2013 [12:17]


Keçmiş polis mayoru, Azərbaycan Demokrat Partiyasının Sumqayıt təşkilatının fəal üzvü Novruz Seyidov mənsub olduğu partiyadan istefa verərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) keçib. Bu barədə ?Azadlıq?a AXCP Sumqayıt şöbəsinin sədri Isa Qurbanov məlumat verib. Novruz Seyidov özü də ?Azadlıq?a açıqlamasında məlumatı təsdiqləyib. O, eyni zamanda, uzun illərdir üzvü olduğu partiyadan istefa verməyinin səbəblərini də açıqlayıb: ?15 ildir azadlıq uğrunda mübarizədə həyatımı, hər şeyimi qoymuşam. Polis mayoru idim, vəzifəmdən istefa vermişəm. Bu gün Milli Şura yaranıbsa, bütün demokratik qüvvələr Milli Şurada toplanıbsa, ADP niyə orada olmamalıdır? Mənim, eləcə də mənimlə bərabər mübarizə aparan digərlərinin zəhməti niyə yerə vurulmalıdır? Ona görə də ADP-dən istefa verdim və Xalq Cəbhəsinə üzv oldum. Mən əvvəllər polis mayoru işləsəm də, aksiyalarda həbs olunmuşam, sutkalıq cəzalar almışam, cərimələnmişəm. Xəsarət almışam, 4 ay müalicə olunmuşam. Mən istəyirəm ki, axıra qədər gedim və vətənim azad olsun. Ona görə də bu addımı atdım. Artıq özümü Xalq Cəbhəsinin üzvü sayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA