24-06-2013 [11:42]
"Azərbaycan folklor külliyyatı"nın 6-cı cildində təhqiramiz ifadələrin yer alması Folklor İnstitutunun məhkəməyə verilməsinə səbəb olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunu məhkəməyə verən yazıçı Tofiq Babayev iddia edir ki, AMEA-nın Folklor İnstitutu tərəfindən hazırlanmış 30 cildlik "Azərbaycan folk-lor külliyyatı" kitabında Azərbaycan xalqı təhqir olunub.
Mia.az xəbər verir ki, T.Babayev "Reytinq"ə müsahibəsində Folklor İnstitutunun və məhkəmə hakimlərinin ünvanına sərt ittihamlar da səsləndirib:
- Mənim nəvələrim Azərbaycan xalq nağılları ilə tərbiyə olunub. Elə bir xalq nağılı tapmazsan ki, nəvələrim onu oxumasın. Bu kitabların hamısını cibimin pulu ilə almışam. AMEA-nın Folklor İnstitutu Preziden-tin sərəncamı ilə dövlət vəsaiti hesabına "Azərbaycan folklor külliyyatı" adlı 30 cildlik kitab nəşr etdirib. Bu kitabda müxtəlif nağıllar, dastanlar, bayatılar, lətifələr, atalar sözləri və s. toplanıb. Həmin kitablar-dan alıb, nəvələrimə verdim ki, oxusunlar. Nəvəmin biri 7-ci sinifdə oxuyur. "Azərbaycan folklor külliyyatı"nın 6-cı cildini oxuyanda gəldi ki, ay baba, gör, burada nə yazılıb? Kitabı uşağın əlindən alıb oxuyanda təəccübümündən az qaldı ki, gözlərim kəlləmə çıxsın...
[b] - Həmin cilddə nə yazılıb? [/b]
- Adam onu dilinə gətirməyə utanır. Ayıb olsun onu yazana! Orada yazılıb ki, bir bərdəli yevlaxlı qıza vu-rulur. Bunlar nişanlanandan sonra dağa gedirlər. Səhər-səhər oğlanın qayınanası sacda yuxa bişirir. Oğ-lan gəlib şehin üstündə oturur. Qayınana kürəkəninə deyir ki, a bala, bunu altına qoy, şalvarın batma-sın. Oğlan döşəyi qayınanasının üstünə tullayıb, belə deyir: "Sən nə danışırsan? Mənim arxamdakı tük sənin döşəyindən qalındır". Arvad oğlanın böyük qardaşına şikayət edir. Böyük qardaşın cavabı belə olur: "... yeyir! Onun arxasında tük nə gəzir... Mən onu dünən belə-belə eləmişəm". Bu nağıldır? Ay bədbəxt, sən uşağa nağıl yazırsan! Sən AMEA-nın Folklor İnstitutunun əməkdaşısan. Bu təfəkkürlə sən öz xalqına nə öyrədə bilərsən? Özümü saxlaya bilməyib məhkəməyə müraciət etdim. 300 manat verib, 14 saylı hüquq məsləhətxanasından bir vəkil də tutmuşam.
[b]- İşə hansı məhkəmədə baxılır? [/b]
- İş Səbail Rayon Məhkəməsində Elnur adlı hakimin icraatındadır. O da Şərif Ağayar kimi böyük-kiçik yeri bilmir. Məcbur olub işi qəbul etdi, amma aradan bir müddət keçəndən sonra mənə məktub ünvanladı ki, guya hansısa sənəd çatmır. Bunu bəhanə edib işi üstümə qaytardı. Baxdım ki, bununla bacara bilməyəcəm, hakimin özünü verdim məhkəməyə. Axı bu nə deməkdir? Mən vətəndaşam, savadım, pulum var, vəkil tuturam. Gör, bu xalqın kasıb və savadsız vətəndaşları nə gündədir... Bu nə süründürməçilikdir? Bu, xalqı dolamaq, camaatın başına oyun açmaqdır. Uzun sözün qısası, Bakı Apellyasiya Məhkəməsində işə baxdılar. Prosesi aparan qadın mənim xeyrimə qərar çıxardı. Mən axıra kimi gedəcəm. Düşünürəm ki, Folklor İnstitutu Azərbaycan xalqının gələcəyinə qarşı mənəvi soyqırım siyasəti aparır. Bu işin icra edənlər isə 20 nəfərdən çoxdur.
[b]- Onlar kimlərdir?[/b]
- Biri Teymur Bünyadovdur. Daha kimi deyim? Bakı Apellyasiya Məhkəməsində dedilər ki, hakim Elnur Həsənli bu işə baxmalıdır. Vətəndaş şikayət edib, necə baxmaya bilər? Əgər sən həmin kitabda yazılanları pozğunluq hesab etmirsənsə, deməli, özün də həmin tərbiyənin sahibisən. Bəs, bu kitabı yazan akademik hara baxır? Mən böyüklər üçün roman yazıram, kimin xoşu gəlmirsə, oxumasın. Lap Anarı da, Əkrəm Əylislini də bəyənməyə bilərsən. Amma uşaq ədəbiyyatına münasibətdə bu cür yanaşma doğru deyil. "Azərbaycan folklor külliyyatı"nın içərisində "Koroğlu", "Məlik Məmməd" kimi nağıllar var. Sən bu kitaba nə salmısan? Sənin böyüyün yoxdur? Nə olsun ki, akademiksən? İki dəfə məhkəmə olub. Hakim Elnur Həsənli ikinci dəfə mənim əleyhimə qərar çıxardı. Onu üçüncü dəfə məhkəməyə verdim. İl yarımdır ki, məhkəmələrdəyəm. Təkcə vəkilə 1200 manat pul vermişəm. Elnur Həsənlinin çıxardığı qərar da nağıl kimi olar. Deyirəm ay Elnur, bunu sənin övladın oxusa xoşuna gedər? Deyir ki, səni həbs edərəm. Deyirəm ki, məni niyə tutursan? Yaxşı olar ki, bunu yazanı tutasan.
[b]- Ekspertizanın rəyi necədir? Həmin ifadələr təhqir predmetidir?[/b]
- Dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur ki, küçə söyüşlərini kitaba yazasan və onu da uşaq oxuya. Onu hakim necə əsaslandıra bilər? Deyir ki, mən dünən qardaşımı belə-belə etmişəm. Özü də mənim kimi üstüörtülü yox, açıq deyir.
[b]- Axı necə ola bilər ki, hakim bunu bildiyi halda, işə baxmaq istəmir?[/b]
- Böyük ehtimalla kimlərsə pul verib, hakim də onların xeyrinə qərar çıxarıb. Hazırda 3-cü məhkəmə gedir. İndi Bakı Apellyasiya Məhkəməsində İsmayıl Vəliyev adında hakim var, iş ondadır.
[b]- İttiham etdiyiniz şəxslərdən məhkəməyə kimlər gəlir?[/b]
- Oruc müəllim, Allahverdi Xəlil, Seyfədin Rzasoy, Əziz Ələkbərov gəlir. Seyfəddin Rzasoy məsul katibir, qandığı bir şey yoxdur. Bu necə filologiya elmlər namizədi olub? Onların Aydın Kərimov adlı bir vəkili var. Məhkəmə gedəndə hakimlər otaqda idi. O, mənə dedi ki, əgər iddianı geri götürməsən, səni məhv edəcəm. Mənə deyir ki, nəvən də, sən də əxlaqsızsan. Məhkəmə qərar verdi ki, iş Ədliyyə ?azirliyinin ekspert qrupuna göndərilsin. Məhkəmədən çıxanda həmin bu 5 professor qarşımı kəsib, mənə ağızlarına gələni dedilər.
[b]- Nə dedilər?[/b]
- Dedilər ki, iddianı geri götürməsən, sənin kitabların haqqında pis rəylər yazacayıq. Səni öldürəcəyik. Prezidentə teleqramma vurdum ki, məni ölümlə hədələyirlər. Teleqramı ordan Daxili İşlər Nazirliyinə, sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə göndərdilər. İki gün öncə məni BŞBPİ-yə dəvət etdilər. Özləri ilə kitablarımı da apardılar. İndi kitablarımı geri ala bilmirəm.
[b]- Sizcə, bu məsələdə kimlər maraqlıdır?[/b]
- Mən onların kimliyini bilirəm. Kitabı filologiya elmləri namizədi Hüseyn İsmayılov və Oruc Əliyev tərtib edib. Bu adamlar həmin mətni kitaba daxil edəndə, bu boyda biabırçılığı niyə görməyiblər?
[b]- Sizcə, həmin alimlər "Azərbaycan folklor küllüyyatı"nı oxuyublar?[/b]
- Əgər onlar oxumayıbsa, proqramı tərtib edən şəxslərin kimliyini açıqlasınlar. Qoy, həmin adam ortaya çıxıb, xalqdan üzr istəsin. Amma onların hamısı kitabdakı biabırçılıqdan xəbardardırlar. İl yarımdır məhkəmə gedir, çıx üzr istə, kitabları satışdan çıxar. Əgər 37-ci il olsaydı, Bağırov onların ha-mısını güllələtdirərdi. Deyilənə görə, işin arxasında Oruc Əliyev dayanır. Oruc müəllim bu işə birbaşa ca-vabdehdir. Bəlkə heç kitabı görməyib, onu da aldadıblar? Mən bu kitaba və məhkəməyə görə bir kimsəyə ağız açan deyiləm.
[b]- Sonda qələbə kimin tərəfində olacaq?[/b]
- Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, sonda isə Avropa Məhkəməsi var. Bəlkə də elə bu məhkəmələrin qarşısında öləcəm, amma əl çəkməyəcəm. Mənim nəvəm niyə bu kitabları oxusun? Sən axı bu-nu niyə yazırsan? Özü də onlar məndən deyil, Azərbaycan xalqından üzr istəməlidir. Mənə qalsa, onları heç qapıma da qoymaram. Məğlub olsam da, olmasam da bunun axırına çıxacam. Mənim nəvəm kimi Azərbaycanda milyonlarla uşaq var. Onların tərbiyəsi niyə pozulmalıdır?
[b]- Sizə dəstək olan varmı?[/b]
- Yazıçılar Birliyi sözdə mənə dəstək olur. Amma məhkəmədə iştirak etmir, əvəzimə pul keçirmirlər. Amma Anar müəllim bircə dəfə məhkəmə zalına girsə, vəziyyət dəyişər. Anar müəllim bu adamlara deməlidir ki, siz burada nəyi müdafiə edirsiniz? Gedin xalqdan üzr istəyin. Fransada "Koroğlu" kitabı nəşr edilib. Orada yazılıb ki, Koroğlu "mavi"dir. Bakıda Koroğluya heykəl qoyulur, bunlar isə onu "mavi" adlandırırlar. Bədbəxt oğlu, qoy heç olmasa, bir-iki nəfər salamat qalsın, dar gündə üzə çıxaraq. Mən onlardan qorxmuram. Nəsimi kimi dərimi soysalar da, bu yoldan dönən deyiləm. İstəyirəm ki, Anar müəllim də sözünü desin. Heç kim dillənmir axı... 400 min təzminat istəyirəm. Onu bunlara görk olsun deyə istəyirəm. Mənə heç 4 manat da lazım deyil. O, pulu onlara alim olduğu üçün keçirəm. Bir şərtlə ki, çıxıb Azərbaycan xalqından üzr istəsinlər. Əxlaqsız nağıl cəmiyyətə əxlaqsız tərbiyə aşılayacaq.