Xalq artisti pensiya davasına qalxdı; Flora Kərimova DSMF-dən zikayətlənir

img

24-06-2013 [12:46]


Xalq artisti Flora Kərimova ilə bağlı yeni bir məhkəmə xəbəri var. Xalq artisti bu dəfə hansısa həmkarı ilə deyil, dövlət qurumu ilə məhkəmədə çəkişir. Bunun səbəbi isə pensiyasının azlığından şikayətçi olmasıdır. Mia.az-ın xəbərinə görə, xalq artisti məhz bu səbəbdən məhkəməyə üz tutub: ?Flora Kərimova Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində pensiyaçı kimi qeydiyyatdadır. O, fondun sözügedən rayon şöbəsinin əmək pensiyasını az hesablamasından şikayətlənir. Lakin fond onun etirazını haqlı saymayıb. Bu səbəbdən də Flora Kərimova DSMF-nin Səbail rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbi ilə iddia qaldırıb. Ancaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə də onun iddiasını əsassız hesab edib. Buna baxmayaraq, xalq artisti iddiasından geri çəkilməyib. O, birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti verib?. Məlumata görə, Flora Kərimovanın şikayətinə bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində baxılıb: ?Onun şikayəti hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılıb. Lakin bu məhkəmə instansiyası da xalq artistinin haqsız olduğu qənaətinə gəlib. Belə ki, iyunun 18-də keçirilən son prosesdə hakim Valeh Ağayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsini qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, Flora Kərimovanın son ümidi Ali Məhkəməyə qalıb?. Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də verə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib