Xalq rəssamının nəzi morqda qalıb: "Bu məhkəmə də Toğrulun Fransada dəfn olunmasına qərar verəcək"

img

20-06-2013 [09:32]


Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə iclas təxirə salınıb. Bu barədə rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. Onun sözlərinə görə, ona bəlli olmayan səbəblərdən təxirə salınan məhkəmə iclası sabah keçiriləcək: ?Mən əminəm ki, bu məhkəmə də Toğrulun Fransada dəfn olunmasına qərar verəcək və qərar çıxan kimi dəfnin təşkilatçısı olacaq şirkətə gedəcəyəm. Dəfn mərasimini şirkətin təyin etdiyi vaxtda keçirəcəyəm?. Mərhumun katolik ənənəsinə uyğun basdırılacağı fikrinə münasibət bildirən S. Nərimanbəyova xəbəri təkzib edib: ?Bu xəbəri Azərbaycan xalqında mənə qarşı nifrət hissi yaratmaq üçün onun qızı uydurub. Bu, doğru deyil. Toğrul əsil müsəlman idi və müsəlman adətinə görə də dəfn olunacaq?. Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni düz 18 gündür ki, gecikir(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib