Din xadimlərinə ilham Əliyevlə bağlı çağrı oldu

img

20-06-2013 [12:00]


Quba rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar üçün ?Dövlət-din münasibətləri və maarifləndirmə işi? mövzusunda iki günlük regional konfrans işinə başlayıb. Mia.az DQİDK-nın saytına istinadən xəbər verir ki, Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Adminstrasiyasını nümayəndəsi eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər. Komitə sədri Elşad İskəndərov bildirib ki, ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırıb. Komitə sədri Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: ?Ümummilli Lider Heydər Əliyevin ?Biz dünyəvi dövlətik amma dindən də ayrı deyilik? fikrini vurğulayan E. İskəndərov bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Daha sonra din xadimləri çıxış edərək - ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirdiyi kompleks tədbirlər diqqətəlayiqdir. Bu istiqamətdə ?Qazi Qarabağ azanı? layihəsini, ?Axund və imamlar üçün xütbə vəsaiti?ni və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşkil etməsi təşəbbüsünü dindarlar tərəfindən dəstəklənib və bunun ciddi nəticələr verəcəyinə ümidvar olduqlarını bildiriblər. Din xadimləri ?Dövlət-din münasibətləri və maarifləndirmə işi? mövzusunda Regional Konfransın iştirakçılarının bəyanatına prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə edilməsini təklif edib və bu təklif birmənalı olaraq dəstəklənib. Bəyanatın müvafiq maddəsində bildirilir: ?Bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə ? ölkə Prezidenti seçkisi ərəfəsindəyik. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borçudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların çəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruçuluq işlərini təqdir edən Şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdiriblər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Şimal bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz tövhəsini verəcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA