Müxalifət partiyası jurnalistlə bağlı bəyanat verdi

img

19-06-2013 [06:07]


Ümid Partiyasının AzNews.az xəbər portalının əməkdaşı Bahar Rüstəmlinin ailəsinin yaşadığı evə hücumla bağlı bəyanat yayıb. Son dövrlər jurnalistlərə qarşı basqıların, təhdidlərin, hücumların, qanunsuz əməllərin sayı artıb. Bir neçə gün əvvəl Zərdab Rayonunda 30 nəfərlik bir qrup AzNews.az xəbər portalının əməkdaşı Bahar Rüstəmlinin ailəsinin yaşadığı evə hücum edib. Hücuma onun ? Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir ? başlıqla yazı səbəb olub. Jurnalistin ailə üzvləri təhqirə və zorakılığa məruz qalıblar. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd ediblər. Jurnalistin atasının üstünə bıçaq çəkilib və o, ölümlə hədələnib. Hücum planlı şəkildə həyata keçirilib və onlardan bir neçəsi vəzifəli şəxs olub. Mətbuat orqanlarında basqının Zərdab Rayon İcra hakimiyyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbbüsü ilə həyata keçirildiyi bildirilir. Hadisənin təşkilində məqsəd isə Zərdabda baş verən hər hansı bir hadisənin mətbuatda işıqlandırılmasının qarşısını almaqdır. Hücum zamanı hakimiyyətə yaxın şəxslərin video çəkiliş aparması hücumun planlı şəkildə olmasını bir daha sübut edir. Ümid Partiyası bəyan edir ki, jurnalist araşdırmasına görə bu cür hadisələrin baş verməsi söz və mətbuat azadlığına basqıdır və jurnalistlərdə daxili senzuranın yaranmasına, seçkiöncəsi onların qorxudulmasına hesablanmış bir addımdır . Hadisənin üzərindən bir neçə gün keçməsinə və hücum edən şəxslərin bilinməsinə baxmayaraq, həmin şəxslər hələdə məsuliyyətə cəlb olunmayıb . Bu cür hadisələr Azərbaycan dövlətinin beynəlxalq imicinə böyük zərbədir. Hakimiyyəti baş verən hadisədən ciddi şəkildə narahat olmalı, hadisələrin qarşısının alınması üçün ciddi addımlar atmalı, hadisəni törədənlər dərhal məsuliyyətə cəlb olunmalıdır . Əks təqdirdə Azərbaycanda çox pis bir ənənə yarana bilər və bu çox ciddi, xoşa gəlməz hadisələrin baş verməsinə gətirib çıxarar. Bu səbəbdən hüquq mühafizə orqanları məsuliyyətlərini dərk edərək, üzərinə düşən vəzifəni dərhal yerinə yetirməli, jurnalistlərin normal şəraitdə fəaliyyətini təmin etməlidir .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA