Rüstəm ibrahimbəyovun vahid namizədliyi Milli Şuranın gündəliyindən çıxarıldı

img

19-06-2013 [03:55]


Milli Şuranın iyunun 21-ə təyin edilən sessiyasında Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyi məsələsi gündəliyə salınmayıb. Bu barədə Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, Milli Şuranın ikinci sessiyasında bu məsələ müzakirə olunmayacaq. ?Milli Şuranın iyunun 21-ə təyin olunan sessiyasında bir çox məsələlər müzakirə olunacaq. İndidən qeyd edim ki, sessiyada mətbuat üçün kifayət qədər maraqlı məlumatlar veriləcək. İndiki mərhələdə sessiyaya hazırlıq gedir. Rüstəm İbrahimbəyovun namizədlik məsələsi sessiyanın gündəliyinə salınmayıb?-deyə Z.Quliyev bildirib. Qeyd edək ki, Milli Şura yenicə yaranmasına baxmayaraq, bir çox müxalifət liderləri Rüstəm İbrahimbəyova dəstək verərək onun namizədliyini irəli sürüb. Xəbər verdiyimiz kimi, Azərbaycan Liberal Partiyası R.İbrahimbəyovun namizədliyini irəli sürüb. Esk-spiker Rəsul Quliyev də seçkilərdən imtina edərək Milli Şura sədrinin namizədliyini dəstəkləyib. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA