Əli Əhmədov: ?Azərbaycan dövlətinin lideri ilə hansısa tonla danızmaq mümkün deyil?

img

19-06-2013 [02:06]


YAP sədrinin müavini Əli Əhmədov beynəlxalq təşkilatların son hesabatlarına münasibət bildirib. ?Qafqazinfo?nun məlumatına görə, o qeyd edib ki, belə bəyanatları səsləndirənlər sadəcə diplomatik tonun, etiketin nədən ibarət olduğunu unudurlar: "Azərbaycan kifayət qədər güclü dövlətdir və güclü Azərbaycan dövlətinin lideri ilə hansısa tonla danışmaq mümkün deyil. Azərbaycan rəsmiləri bu məsələyə birmənalı münasibət bildiriblər. Azərbaycan Aİ və digər beynəlxalq strukturlarla əməkdaşlıq edir və bu tərəfddaşlıq münasibətlərində səmimi olduğunu kifayət qədər sübuta yetirib. Belə olan halda Azərbaycanla hansısa tonda danışmaq yersizdir və mümkün deyil. Hesab edirəm ki, prezident İlham Əliyevin Aİ rəhbər şəxsləri ilə görüşlərini nəzərdə tutan səfərlərində bunun bir daha şahidi olacağıq. Avropa və Azərbaycan bir çox məsələlərdə tərəfdaşlıq edir. Hesab edirəm ki, Azərbaycan Avropa üçün böyük dəyər daşıyan dövlətdir. Aİ buna çox gözəl başa düşür. Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür və ölkə lideri də buna imkan verməz?. Ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı siyasi prosesləri təhrif edən hesabat və bəyanatlarına rəsmi Bakının münasibət bildirdiyini deyən Ə. Əhmədov qeyd edib ki, bunun heç bir əsası yoxdur: ?Azərbaycanın siyasi mənzərəsi Azərbaycan vətəndaşlarının gözləri qarşısındadır. Azərbaycanın demokratik inkişafı xalqın iradəsi əsasında həyata keçirilir. Beynəlxalq təşkilatların dəyərləndirmələrində biz dəfələrlə burada subyektiv məqamların, yanaşmaların olduğunu bildirmişik. Nə qədər ki obyektiv yanaşma olmayacaq, Azərbaycan vətndaşları subyektiv təhlillər əsasında hazırlanmış hesabatlara öz etirazını və mənfi münasibətini bildirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA