VHP Əli Kərimli ilə isa Qəmbərdən cavab gözləyir: "Namizədlərini açıqlasınlar"

img

18-06-2013 [04:03]


im şəxsən fikrim burdiur ki, müxalifətin vahid namizədi İctimai Palata daxilindən seçilməlidir. İndi Əli Kərimli və İsa Qəmbər öz aralarında razılığa gəlməlidirlər ki, biz də bu barədə qərarımızı qətiləşdirək?. Mia.az xəbər verir ki, bu sözləri AzNews.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O, bildirib ki, Milli Şura daxilində vahid namizəd məsələsinin müzakirəsi zamanı bu şəxslərdən biri öz namizədliyini irəli sürməlidir ki, bundan sonra VHP bu müzakirələrdə öz mövqeyini açıqlasın: ?Əvvəlcə, İsa Qəmbər və ya Əli Kərimli MŞ daxilində vahid namizədliyə iddialarını açıqlamalıdırlar. Əgər bu, baş verməsə, VHP heç bir halda bu iki şəxsdən birinin namizədliyini irəli sürməyəcək və belə bir təşəbbüslə çıxış etməyəcəyik?. R.Manaflı bildirib ki, onların R.İbrahimbəyova böyük hörmətləri var, ancaq vahid namizəd məsələsində fərqli düşüncədədirlər: ?Biz R.İbrahimbəyovun prezident seçiləcəyi halda görəcəyi işlərdən, atacağı addımlardan əmin olmadığımız üçün onun vahid namizədliyi ilə bağlı məsələdə fərqli mövqedəyik?. Partiya funksionerinin sözlərinə görə, MŞ-də vahid namizədlik üçün adı hallanan ziyalılar arasında olan ?Turan? İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və tanınmış akademik Rafiq Əliyev də var: ?Əgər Mehman Əliyevin vahid namizədliyi Milli Şura daxilində müzakirəyə çıxarılarsa, biz bu məsələni dəstəkləyə bilərik?. R.Manaflı Milli Şuranın vahid namizədinin R.İbrahimbəyov olması halında VHP-nin atacağı addımlara da aydınlıq gətirib. O, deyib ki, MŞ daxilində bu məsələ səsvermə üsulu ilə həll ediləcək və səs çoxluğu kimin tərəfində olarsa, o mövqe də qalib gələcək: ?VHP bu günə qədər əleyhinə olduğu təklif ümumi səs çoxluğu qəbul olunduğu üçün heç bir birliyi pozmayıb. Milli Şura daxilində də belə bir niyyətimiz yoxdur. Əgər müzakirələr zamanı səs çoxluğu bizim istəyimizlə üst-üstə düşməsə belə, biz bu qurumdakı fəaliyyətimizi davam etdirəcəyik. Səsvermədən sonra Milli Şuranın ümumi qərarı nə olsa, biz də həmin qərarı dəstəkləyəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA