15-06-2013 [04:24]
İctimai Palatanın növbəti sessiyası keçirilir. Sessiyaya Müsavat başqanı İsa Qəmbər sədrlik edir. Sessiyanın gündəliyinə 3 məsələ salınıb: 1.İP Koordinasiya Şurası dönəm sədrinin hesabatı, ictimai-siyasi vəziyyətin müzakirəsi, cari məsələlər;
İlk məsələ kimi ötən dövrdə İP KŞ-a sədrlik etmiş Ədalət Yusibovun hesabatı dinlənilib və qəbul edilib. Sonra ictimai-siyasi vəziyyətlə bağlı məruzə üçün söz AXCP sədri Əli Kərimliyə verilib.
Ə.Kərimli ötən dövrün ən əlamətdar hadisəsi kimi demokratik qüvvələrin Milli Şurasının yaranmasını qeyd edib və bunu ?son 20 ilin böyük hadisəsi? adlandırıb: ?Son 20 ildə görünməmiş bir hadisə baş verib. Cəmiyyətin heç vaxt bir araya gəlməyən siyasi qüvvələri bu gün Milli Şurada təmsil olunurlar. 128 nəfərlik bir tərkib formalaşıb. Bu qədər insannın bir araya gəlməsi kifayət qədər böyük hadisədir. Ziyalılar, gənclər hərəkatları, ölkənin vətəndaş cəmiyyəti, dindar kəsim və digər müxtəlif qüvvələr Milli Şurada təmsil olunur və bu quruma dəstək olur".
AXCP sədrinin fikrincə, bəzi insanlar haqq etdikləri halda Milli Şurada təmsil oluna bilməyib və bu baxımdan qurumun tərkibilə bağlı iradlar ola bilər. Lakin görülən işin miqyası müqabilində kiçik çatışmazlıqlar gözə görünməməlidir.
Ə.Kərimli deyib ki, Milli Şura ideal deyil, amma nəzərə alınmalıdır ki, kompromislər bahasına yaradılan təşkilat bundan artıq ola bilməzdi.
?Biz kifayət qədər optimist mövqedəyik? deyən AXCP sədri əlavə edib ki, hakımıyyət heç vaxt indiki qədər həyacanlı, başını itirmiş durumda olmayıb. Ə.Kərimli hakimiyyətin oxşar vəziyyətə Ərəb inqilabları və İP-in 2 aprel 2011-ci il mitinqi vaxtı düşdüyünü bildirib. O, YAP-ın qurultayının vaxtından 2 ay qabaq keçirilməsini də hakimiyyətdaxili təlaşın göstəricisi kimi dəyərləndirib.
AXCP lideri İlham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinin böyük dövlətlərlə razılaşdırıldığı barədə hökumət rəsmilərinin bəyanatına da toxunaraq ?Necə olur, daim müstəqil siyasətdən dəm vuran hökumət namizədini başqa dövlətlərlə razılaşdırır?? deyib. O, eyni zamanda belə bir razılaşmanın olduğuna inanmadığını qeyd edib, deyilənləri hakimiyyətin uydurması kimi qiymətləndirib. AXCP sədri fikrinin təsdiqi kimi Avropa Parlamentinin bugünlərdə hakimiyyət əleyhinə qəbul etdiyi qətnaməni göstərib.
Ə.Kərimli hakimiyyətin Milli Şuranı gözdən salmaq üçün kampaniya aparmasına da toxunub. İlk mərhələdə bu kampaniyanın nəticə vermədiyini qeyd edən Ə.Kərimli ?Aramızda olan obyektiv fərqli baxışları ictimaiyyətə neqativ fonda təqdim edəcəklər, diqqətli olmamız gərəkdir? deyə bildirib.
AXCP sədri deyib ki, xalq Milli Şuranı müsbət qarşılayıb, hakimiyyətin hiyləgər kampaniyasına uymaq olmaz. Milli Şuranın uğurlu olması üçün Rəsulzadə-Elçibəy davamçılarının üzərinə böyük məsuliyyət düşür. Ə.Kərimli İP üzvlərini Milli Şuraya dəstək verməyə səsləyib(azadliq.info).
Daha sonra ötən ay İP-ə sədrlik etmiş Ədalət Yusibov hesabat xarakterli çıxış edib : ?Ötən sessiyadan sonra biz 28 May Cumhuriyyət Günü münasibəti ilə böyük bir bayram tədbiri keçirdik. O cümlədən bizim bir sıra mühüm hadisələrlə bağlı bəyantlarımız oldu. Vəkil Qurban Məmmədovun qanunsuz olaraq həbs olunmasından tutmuş, ARDNŞ prezidenti Rövnəq Abdullayevin Ermənistana qaz verilməsi ilə bağlı səsləndirdiyi fikirlərlə İP olaraq öz mövqeyimizi bildirdik?.
Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli Milli Şuranın yaranması və görülən işlər barədə məlumat verdi: ?Son 20 ildə görünməməiş bir hadisə baş verib. Cəmiyyətin heç vaxt bir araya gəlməyən siyasi qüvvələri bu bu gün Milli Şurada təmsil olunurlar. 128 nəfərlik bir tərkib formalaşıb. Bu qədər insannın bir araya gəlməsi kifayət qədər böyük hadisədir. Ziyalılar, gənclər hərəkatları, ölkənin vətəndaş cəmiyyəti, dindar kəsim və digər müxtəlif qüvvələr Milli Şurada təmsil olunur və bu qruma dəstək olur. Böyük kompramislər ucbatına bu birliyə nail olmuşuq. Tarix yaşanan anda ciddi, dəqiq qiymətini ala bilmir. İndiyənə kimi bu hakimiyyət bu qədər pərt olmayıb. Hakimiyyət olduqca narahatdır. Elə buna görə də YAP-ın qurultayını iki ay əvvələ çəkdilər?.
13:04
Daha sonra çıxış edən İP KŞ üzvü Vidadi Mirkamal İctimai Palatanın buraxılması ilə bağlı sələsndirilən fikirlərə münasibət bildirdi: ?İctimai Palatanın taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Baxmayaraq ki, Milli Şurada İP üzvü olan bir sıra şəxslər təmsil olunur. Mən düşünürəm ki, İP saxlanılmalıdır, öz fəaliyyətini davam etdirməlidir. İP Milli Şuranın qərarlarının icrasında mühüm rol oynaya bilər. Etiraf etməliyik ki, əgər İP öz arasından bir nəfəri vahid namizəd olaraq seçə bilsəydi, heç Milli Şuraya ehtiyac da qalmayacaqdı?
13:18
İP KŞ üzvü Rahim Hacıyev çıxışı zamanı bunları deyib: "Milli Şuranın yaranması göstərdi ki, biz ümumi maraqlar xatirinə kompromisə gəlib, birləşə bilirik. İP öz fəaliyyətini davam etdirməlidir. İP-in fəaliyyətinin Milli Şuranın işlərinə heç bir maneəçiliyi yoxdur. Azərbaycan xalqı Milli Şuraya onu bu rejimdən xilas edəcək bir vasitə kimi baxır. Hökumətdə çox ciddi naraçılıqlar var. Avropa Birliyi hələ sanksiya söhbəti etmir, amma hakimiyyət çox böyük qorxuya düşüb".
13:27
Növbəti çıxışçı İP KŞ üzvü Pənah Hüseyn bildirdi ki, milli demokratik müxalifət ilk dəfə içindən olmayan bir şəxslə seçkiyə getməyə qərar verib: ?Əliyevlər rejimi elə bir vəziyyət yaradıb ki, hər kəs bu hakimiyyətin getməsini istəyir. Bu iqtidar nə qədər tez getsə biz təhdid və təhlükələrin qarşısını almış olacağıq. Bu prosesdə biz siyasi kimliyimizi ciddi kontorlarla cızaraq ümumi işə kömək etməliyik?.
14:00
İP üzvü Tural Abbaslı çıxışı zamanı Milli Şuraya dəstək verməyin lazım olduğunu bildirdi: ?Milli Şura yaranıbsa bunun təftiş olunmasını dayandırmaq lazımdır. Biz sevinməliyik bu gün Milli Şurada bütün təbəqədən olan insanlar təmsil olunurlar. Biz Milli Şuraya aktiv şəkildə dəstək verməliyik. Hələ Milli Şuranın vahid namizədi müəyyən olunmayıb. Bu Rüstəm İbrahimbəyov olmaya da bilər. Əvvəlcə onun hüquqi cəhətdən namizəd ola bilməsi araşdırılmalıdır. Bəlkə də bu prosesin gedişində Milli Şuradakı qüvvələr İsa Qəmbər və Əli Kərimlidən kömək istəyəcəklər. Namizədin kimin olmasından aslı olmayaraq bu gün seçkinin taleyini müxalifətdən yalnız Müsavat və AXCP həll edə bilər?(musavat.com).