isa Qəmbərin müzavirindən Milli Şuraya sərt ittiham: "Yeni bazarlıq bazlayıb..."

img

15-06-2013 [02:56]


Müsavat başqanı İsa Qəmbərin müşaviri Milli Şura və onun üzvlərini yeni "bazarlıq"da ittiham edir. Mia.az İsa Qəmbərin müşaviri Səxavət Əlisoyun "SİYASİ BAZARLIQ MÖVSÜMÜ" başlığı ilə Facebook-dakı şəxsi hesabında yazdığı statusu olduğu kimi təqdim edir: "2 il əvvəl ərəblər padşahlarına qarşı üsyana qalxanda bizdə də bəzi siyasətçilər "ərəb baharı"nın havasından məst olub meydana çıxdılar. Nəticə hər kəsə bəllidir. Ondan əvvəl İctimai Palata yaradılmışdı. İndi Milli Şuranın kölgəsində qalıb. Milli Şurada isə hələ ki, bazarlıq gedir. Və o Şurada bəzi VƏTƏNPƏRVƏRlər artıq özünü bazara çıxarıb. Biri Şimalla, digəri Qərblə, başqa biri İranla, digər biri də iqtidarla alverdədir. Başqa sözlə "diribaşlar" özlərinə gün ağlamaq üçün dəridən-qabıqdan çıxır. Bu seçki, bəzi siyasətçiləri "xoşbəxt" edəcək. Nədən ki, "kimin yanında dayanmaq" məsələsi gündəmə çıxanda bu gün kombinasiyalı gedişlər edən siyas xadimlər işə yarayacaq. Etirafa gərək var, biz xalq olaraq dəyişmək fikrində deyilik. Fərd olaraq dəyişməyə meylliyik. Çünki, az qala bu iqtidara müxalifətdə olan 90 faiz xalqın 10 faizinə çatdıra bilmirik ki, dəyişmək zamanıdır. Anlada bilsəydik, o 10 faiz səslədiyimiz zaman yanımızda olardı. Bu payız çox şeylər sayılacaq. Bazarınız, xeyirli olsun, cənab diribaşlar və vətənpərvərlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA