Abbas Abbasov: ?Barəmdə deyilənlər ağ yalandır. ilham Əliyevi özümə doğma və əziz adam hesab edirəm?

img

15-06-2013 [01:05]


?Mən fəxr edirəm ki, azərbaycanlıyam, qürur hissi keçirirəm ki, Heydər Əliyev kimi böyük insanla işləmişəm, mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi özümə doğma və əziz adam hesab edirəm?. Bunu eksklüziv olaraq ANS TV-yə müsahibəsində Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (?AzerRos?un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib. Son vaxtlar bəzi siyasətçilər, mətbu orqanlar tərəfindən adı ətrafında nalayiq və həqiqətə uyğun olmayan fikir və ifadələr səsləndiyini xatırladan Abbasov bütün deyilənləri təkzib edib. ?Həmişə öz obyektivliyi ilə seçilən ANS vasitəsilə bildirirəm ki, barəmdə deyilənlər ağ yalandır və həmin fikirlərin müəlliflərinə tövsiyə edirəm ki, rəhmətlik Mircəlal Paşayevin ?Səviyyə? əsərini oxusunlar. Bu insanlar anlamırlar ki, öz məsuliyyəstiz hərəkətləri ilə millətlərarası münasibətlərə xələl gətirirlər. Bunlar çox ciddi məsələlərdir və yalnız aidiyyatı olan orqanlar tərəfinldən müzakirə obyekti ola bilər. Mən Azərbaycan Rusiya Ağsaqqalar Şurasinin sədri kimi gücümü, biliyimi, bu gündən sonra da Azərbaycan xalqına, dövlətinə və Rusiya - Azərabaycan xalqlararası münasibətlərin inkişafına və möhkəmlənməsinə sərf edəcəyəm?, - Abbas Abbasov əlavə edib. Abbas Abbasov qurtuluş günü ilə bağlı Azərbaycan prezidentinə artıq məktub ünvanladığını xatırlatdı və fürsətdən istifadə edərək İlham Əliyevi və bütün Azərbaycan xalqını bir daha bayram münasibəti ilə təbrik etdi.//anspress//#287;ma v

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA