Məleykə Əsədova Pirdən qovulmasına aydınlıq gətirdi: "Allah onlara qənim olsun"

img

14-06-2013 [01:38]


Xalq artisti Məleykə Əsədova onu pirdən qovulması haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Xalq artisti pirdə 3 gün öncə olduğunu bildirib: "İnsanlar Allahdan qorxmurlar heç? Mən 3 gün bundan qabaq Xıdır Zində pirində olmuşam, qurban kəsmişəm. Nardaranda yerləşən pirdə isə 25 gün öncə olmuşam. Bu gün ümumiyyətlə heç bir pirdə olmamışam. Heç nə demirəm, mənim imicimə xələl gətirənlərə Allah qənim olsun. Məni tamaşaçıların gözündən salmaq üçün hər cür vasitələrə əl atırlar, məqalələrinin oxuması üçün haqq-nahaq yazırlar. Mən onları getdiyim pirlərə tapşırıram". Qeyd edək ki, xalq artisti Məleykə Əsədova ilə bağlı mətbuatda xəbər yayılıb. FaktXəbər Nardaran sakinlərinə istinadən məlumat verib ki, Nardaranda yerləşən Xanım Rəhimənin pirini ziyarətə gedən aktrisa məkana ayaqqabı ilə daxil olmaq istəyib. Pirin işçiləri bunu görərək, xalq artistindən ayaqqabılarını soyunmağı xahiş ediblər. Lakin Əsədova ayaqqabılarını soyunmaqdan nəinki imtina edib, hətta buna səbəb olaraq ona yaraşmayan absurd fikir söyləyib. O, pirin işçilərinə ?mən xalq artistiyəm, mənə ayaqqabı ilə girmək olar?, - deyərək, ziyarətgaha soxulmaq istəyib. Amma pirin işçiləri ona icazə verməyərək, həddini bildiriblər. Bundan qeyzlənən xalq artisti ?mən bir də bu pirə gəlməyəcəm?, - deyərək, əsəblə oranı tərk edib(ANS PRESS).

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib