Siyavuz Novruzov Tofiq Yaqublu və ilqar Məmmədova "dələduz" dedi

img

13-06-2013 [12:54]


Parlamentin bugünkü növbədənkənar iclasında millət vəkili İqbal Ağazadə yenidən Tofiq Yaqublu, İlqar Məmmədov, ?NİDA?çı gənclərin azad olunmasına toxunub. O bildirib ki, bu şəxslərin ümumiyyətlə siyasi məhbusların həbsdə saxlanılması seçki ilində Azərbaycanın imicinə zərər verə bilər. Onlar azad olunmalıdır. Siyavuş Novruzov isə çıxışında İqbal Ağazadəyə cavab verib. O, Azərbaycanda siyasi məhbusun olmadığını qeyd edib: ?Onların hamısı cinayət törədən insanlardı. İstintaq gedir, bitəndən sonra müvafiq qərarlar çıxarılacaq. İki dələduzun tutulması Azərbaycanda seçki rejiminə ləkə gətirə bilməz. Əgər belə olarsa, qanunsuzluq baş alıb gedər. Bunlar bəhanələrdir və hamısı oktyabrın 16-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA