Bahar Muradova: ?Misir Mərdanovun istirahət etmək vaxtıdır?

img

12-06-2013 [12:43]


?Misir Mərdanovun əməyini heç kim inkar edə bilməz. O həm təhsil naziri kimi, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətində olan zaman da bütün imkanlarını sərf edib. Misir Mərdanov çox yaxşı kadrdır və prezident də bunu dəyərləndirir. O hazırda elmi tədqiqat institutuna rəhbərlik edir və əminik ki, orada da ciddi işlər görəcək?. Bu açıqlamanı APA-ya YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova verib. O qeyd edib ki, Misir Mərdanovun YAP İdarə Heyətindən uzaqlaşdırılması onun şəxsi ilə bağlı deyil: ?Partiya bu qərara verən zaman kim burada daha yaxşı töhfə verə bilər prinsipinə əsaslandı. Yəni imkanlar baxımından. Misir Mərdanovun , ümumiyyətlə kimlərinsə artıq bir balaca istirahət etmə vaxtıdır. Misir müəllimin və digərlərinin çox əməyi olub. Bütün bunlara görə onlara sağ ol deyib, vəzifələri daha enerjili insanlara həvalə etmək lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA