Həbsdə olan NiDA-çının səhhəti pisləzib

img

10-06-2013 [10:45]


İyunun 10-da vəkil Xalid Bağırov Bakı İstintaq Təcridxanasında ?Nida? Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüşüb. ?Media forum? saytına açıqlamasında vəkil deyib ki, Zaurun səhhəti günü-gündən ağırlaşır: ?Zaur Qurbanlı talassemiya xəstəsidir. Buna görə də o, mütəmadi müalicə almalıdır, daim həkim nəzarətində olmalıdır. Bu həyata keçirilmədikdə, havası ağır şəraitdə saxlandıqda xəstəliyin inkişafına zəmin yaranır. Zaur ötən həftə müayinə olunub, müayinənin nəticələri bizə deyilməsə də, şifahi olaraq bilirik ki, artıq onun dalağı şişməyə başlayıb. Zaurda böyrək çatışmazlığı da inkişaf etməyə başlayıb. Bronxial astma xəstəsi olduğu üçün nəfəsalmasında da problemlər yaranır. Sadaladığım xəstəliklərin hamısı talassemiyanı gücləndirir. Çox ehtimal ki, problemlər davam etsə, yaxın zamanda ona yenidən qan köçürməyə zərurət yaranacaq?. Vəkil Penitensiar Xidmətə müraciət etdiklərini də deyib: ?Müraciətdə Penitensiar Xidmətin müalicə müəssisəsində talassemiya xəstəsinin müalicə olunmasının mümkün olub-olmadığı barədə bizə cavab verilməsini istəmişik?. Xalid Bağırov əlavə edib ki, gənc fəalın yaxınları ilə görüşündə problem yoxdur: ?Zaur bu gün valideynləri ilə görüşüb?. Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA