Röyanın "Bandotdel"ə çağırılması ilə bağlı xəbərlər yayıldı

img

10-06-2013 [05:07]


Son günlər populyar müğənni Röyanın müxalifətə qoşulması və hakimiyyətin qəzəbinə tuş gəlməsi ilə bağlı xəbərlər gündəmdən düşmür. İfaçının dövlət tədbirlərinə buraxılmaması xəbərinin ardınca Mədəniyyət və Turizm Nazirliyi qadağanı təkzib etsə də, "Bandotdelə" (DİN Mütəşəkkil Cinayətkatlığa Qarşı Mübarizə İdarəsi) çağrılmasına Daxili İşlər Nazirliyindən münasibət bildirilmədi. Müğənninin prodüseri Kənan Bayramov ANS PRESS-in açıqlamasında yazılanları nəinki təkzib etdi, hətta nə baş verdiyini anlamadığını bildirdi: "Mən başa düşə bilmirəm bu xəbərlər haradan çıxır? Kim yaradır bu xəbərləri? Röyanın müxalifətə qoşulmasından yazırlar. Çox gülməlidir, onu məndən yaxşı heç kim tanıya bilməz, Röya heç vaxt siyasətlə maraqlanmayıb. Ümumiyyətlə siyasətdən anlayışı yoxdur. ?Bandotdel?ə çağırılmasına gəlincə isə, xəbəri yazan dırnaqarası jurnalist bunu dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə zəng vurmalıydı. Peşəkar jurnalist dəqiqləşdirmədən heç nə yazmamalıdır. Mən indi durub jurnalist dərsi keçməli deyiləm ki, onlara. "Röya hara gedirsə mən yanında oluram. Röya "Bandotdelə" çağırılmayıb. Çağırılmadığına görə də orada olmayıb. Çünki buna ehtiyac da yoxdur. Röya yaradıcılığı ilə məşğuldur. Mahnılarını yazdırır, kliplərini çəkdirir və toylarına gedir. Siyasətlə məşğul olmağa ən azından vaxt lazımdır", - Byramov əlavə edib. Qeyd edək ki, avropa.info saytı Röyanın "Bandotdel"ə çağırılaraq mətbuatda Hüseyn Abdullayevlə işbirliyinə və dostluq münasibətlərinə son qoymasını tapşırıb. Saytın yazdığına görə, ?Bandotdel? yetkililəri ona xatırladıblar ki, həyat yoldaşı Anarın ?Gənclik? metrostansiyası yaxınlığında yerləşən ?Topaz? bukmeker ofisində də cinayət faktları ?tapıla bilər?. Məhz bu xəbərdarlıqdan sonra Röya Ayxan Hüseyn Abdullayevlə bağlı hər hansı dəstək açıqlaması verdiyini təkzib edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib