Hafiz Hacıyev 4 rayonda görüz keçirib

img

10-06-2013 [05:02]


2013-ci ildə prezident seçkilərində namizədliyi irəli sürülən Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın şimal rayonlarında partiya üzvlərinin təşkil etdiyi toplantılarda iştirak etmək üçün həmin rayonlara səfər etmişdi. Qeyd edək ki, MMP sədrini partiyanın İdarə Heyətinin və Qərbi Azərbaycan Əlaqələndirmə Şurasının bir neçə üzvü müşayət edib. Partiyanın Təşkilat Şöbəsindən verilən məlumata görə görüş 4 rayonda baş tutub.Əvvəlcə Şəki şəhərində toplantıya qatılan MMP funksionerləri, sonra Qax, Zakatala,Balakən rayonlarında olub.Bu rayonlarda da partiya üzvləri və bir qrup yerli camaatla görüşən H.Hacıyev görüş iştirakçılarının fikir və təkliflərini dinləyib,onları narahat edən məsələlərə aydınıq gətirib. H.Hacıyev yerli camaatla görüşü zamanı ölkədə və dünyada baş verən hadisələrdən,sosial problemlərdən ,seçki zamanı fəal olmaqdan söhbət açıb. Qeyd edək ki,bəzi partiyaların verdiyi məlumatlardan fərqli olaraq rayonlarda nə İcra Hakimiyyəti tərəfindən ,nə də digər güc strukturları tərəfindən onların görüşünə heç bir maniələr olmayıb. MMP Mətbuat Xidmətindən verilən məlumata görə Hafiz Hacıyevin bu cür görüşləri davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA