YAP-ın qurultayında struktur dəyizikliyi edilə bilər

img

05-06-2013 [02:00]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) iyunun 7-də keçiriləcək V qurultayında partiyanın strukturunda dəyişiklik edilə bilər. Bu barədə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. YAP funksionerinin sözlərinə görə, struktur dəyişikliyi partiya sədrinin və ümumi qurultayın qərarına uyğun həyata keçirilə bilər. S.Novruzov həmçinin bildirib ki, V qurultayın əsas mövzusu partiyanın seçkilərdə namizədinin elan olunmasıdır. ?Qurultayın əsas məqsədi və qarşıya qoyduğu vəzifə oktyabr ayında keçiriləcək president seçkilərində namizədin irəli sürülməsidir. Bütün Yeni Azərbaycan Partiyasınının 600 mindən çox üzvünün hamısınına arzu-istəyi, o cümlədən Azərbaycan xalqının bir arzu, bir istəyi, bir də tələbi var bizdən ki, bu qurultayda cənab İlham Əliyevin namizədliyi irəli sürülsün. Qurultayın əsas məqsəd və vəzifəsi bundan ibarət olacaq. Amma qulurtay çağırılmışkən sədrin və qurultayın qərarına uyğun olaraq, əgər arzu olunarsa o zaman tərkibdə də müəyyən islahatlar aparılacaq?,deyə S.Novruzov bildirib. Hakim partiyanın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə struktur dəyişikliyi ilə bağlı qurultayı gözləməyi məsləhət görüb. ?Hər halda iyunun 7-sini, qurultayı gözləyək?. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA