Imizli sakinləri yol bağladı; Əhməd Əhmədzadənin müavini problem yaradıb

img

04-06-2013 [02:35]


İmişli şəhərinin bir qrup sakini Lətif Vəliyev küçəsində avtomobil yolunu bağlayıb. Yolu bağlayan sakinlər Araz çayından çıxarılan tikinti qumunun yaşadıqları küçə ilə İmişli stansiyasına aparılmasına etiraz ediblər: "Gecə-gündüz ağır tonnajlı avtomobillərin hərəkəti bizim rahatlığımızı pozub, tikinti qumu üstüaçıq daşındığından toz-torpaq həyətlərimizə, evlərimizə dolur. Biz istəyirik buna son qoyulsun". Aksiya keçirilən yerə rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları gəlib. Rəsmilər sakinlərə tikinti materiallarının bu küçə ilə daşınmasına məhdudiyyət qoyulacağına söz verəndən sonra sakinlər dağılışıblar. Mia.az xəbər verir ki, sakinlər daha çox ?AZE? MMC-nin fəaliyyətindən narazıdırlar. İllərdir Araz çayının yatağını istismar edən həmin MMC isə ?Meliorasiya və Su Təsərrüfatı? ASC-nin sədr müavin Zakir Quliyev və onun qohumlarına məxsusdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA