Əli Həsənovdan Milli Şuraya xəbərdarlıq: ?Qarzılarında Azərbaycan dövlətini görəcəklər?

img

02-06-2013 [11:52]


?Azərbaycan müxalifətinin son vaxtlar atdığı addımlarda müəyyən xarici qüvvələrin rolunun olması ilə bağlı deyilən fikirlərdə müəyyən həqiqətə yaxın məqamlar var. Mən müşahidə edirəm ki, Azərbaycan müxalifəti Azərbaycan xalqının dəstəyinə deyil, xarici dəstəklərə söykənir və öz dəstəyini də xaricdən axtarır?. Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İctimai Televiziyanın ?Aktual? proqramında sualları cavablandırarkən deyib. Ə.Həsənov bildirib ki, müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir: ?Bunu hər zaman arzulayıblar. Gözləyirlər ki, hansısa ?X? günündə xarici qüvvələr Azərbaycana daxil olacaq, onlar da bundan istifadə edib hakimiyyətə gələcək. Bu istiqamətdə indi də arzuları var. Sovet imperiyasının iyini verən hansısa şuralar yaradırlar. Amma biz belə şuralar, palatalar, ?birliklər? çox görmüşük. Xalqın dəstəyini qazanmayan heç bir qurum qalib gələ bilməyəcək. Onların fəiliyyəti qanunların tələbini aşacaqsa, qarşılarında Azərbaycan dövlətini görəcəklər?(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA