ALP: "Hakimiyyət ölkəni qaynar vətəndaz qarzıdurmasına sürükləyir"

img

31-05-2013 [06:19]


"Mayın 30-da tanınmış hüquqşünas,ictimai- siyasi fəallığına görə bu yaxınlarda Vəkillər Kollegiyasından çıxarılmış Aslan İsmayılov Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlığa qarşı Mübarizə İdarəsina qanunsuz aparılaraq, onun əməkdaşları tərəfindən binsında vəhşicəsinə döyülmüşdür". Bu fikirlər Azərbaycan Liberal Partiyanın bəyanatında yer alıb. MİA-ya daxil olan bəyanatda daha sonra qeyd olunur: "Təəssüf ki, dövlət rəhbərliyi bu vandalizmi pisləməmiş və uyğun tədbirlər görməmişdir, prokurorluq isə hələ də bu özbaşınalıqla bağlı cinayət işi qaldırmamışdır. Azərbaycan Liberal Partiyası A.İsamyılovun polis əməkdaşları tərəfindən döyülməsini məmur dərəbəyliyi kimi dəyərləndirir. Bu fakt göstərir ki, Azərbaycan polisinin bir qismi qoçu dəstələrinə çevrilib və bu ölkəni qaynar vətəndaş qarşıdurmasına sürükləyən çox təhlükəli bir tendensiyadır". ALP A.İsamayılovun polis tərəfindən döyülmsini qətiyyətlə pisləyir və bu əməldə bütün təqsirli şəxslərin cəzalandırılmasını iqtidardan tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA