Vəzirovdan müsahibə ilə bağlı təkzib gəldi

img

30-05-2013 [11:55]


Bu günlərdə Azərbaycan mətbuatında Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun müsahibəsi yayılıb. O, müsahibəsində Rusiyada diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı fikir bildirib. "Turan" agentliyi Vəzirovla telefon əlaqəsi saxlamağa müvəffəq olub və məlum olub ki, o, belə bir müsahibə verməyib və son illər ümumiyyətlə müsahibə vermir. Azərbaycan diaspor təşkilatlarının, xüsusən Rusiya Azərbaycan Təşkilatları İttifaqının və ?Azərros?un fəaliyyətinə gəlincə, Vəzirov təəssüflə qeyd edib ki, onlar haqqında məlumatı azdır, amma təkcə Araz Ağalarova deyil, bu təşkilatların digər rəhbərlərinə də hörmətlə yanaşır. Vəzirovun guya Abbas Abbasovun raykomun birinci katbi təyin edildiyini bildirdiyi saxta müsahibəyə toxunan Vəzirov rişxəndlə qeyd edib ki, bu saxta müsahibənin müəllifləri bilmirlər ki, raykomların birinci katiblərini təyin etmirdilər, seçirdilər Sonda o, bütün Azərbaycan diasporlarına işlərində uğurlar və birlik arzulayaraq, Avropa diasporasını nümunə göstərib. O, Azərbaycan diaspor təşkilatlarının birləşərək, Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına şərait yaratması arzusunu ifadə edib. Xatırladaq ki, Vəzirovun guya rus jurnalistlərinə verdiyi kiçik ?müsahibəsi? bir neçə gün əvvəl internetdə yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA