isa Qəmbərin müzavirinə 15 sutka həbs verildi (yenilənib)

img

29-05-2013 [11:21]


gn=left]2010/mustafa-hacibeyli.jpg[/libt] Mayın 28-də Bakının Novxanı kəndində keçirilən bayram mitinqində tutulan Müsavat Məclisinin üzvü, Qarabağ müharibəsi veteranı Mustafa Hacıbəyli bu gün məhkəmə qarşısına çıxarılacaq. Musavat.comun məlumatına görə, Mustafa Hacıbəyli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə xırda xuliqanlıqda ittihamı olunur, Abşeron Rayon Polis Şöbəsində saxlanır. Vəkil Nemət Kərimli bildirib ki, Mustafa Hacıbəylinin işinə Abşeron Rayon Məhkəməsi baxacaq. Xırda xuliqanlıq (ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbslə cəzalandırılır. ---- Abşeron rayon Məhkəməsində Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli ilə bağlı məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, M. Hacıbəyli 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Qeyd edək ki, Mustafa Hacıbəyli mayın 28-də Novxanıda keçirilən mitinq zamanı saxlanılıb. Onun İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsini (xırda xuliqanlıq) pozduğu bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA