Novxanıda Arif Hacılının qardazı ogurlanıb

img

28-05-2013 [10:48]


Mayın 28-də Müsavat Partiyasının başqanının müşaviri Mustafa Hacılı nəməlum şəxslər tərəfindən Novxanı kəndində oğurlanıb. Mia.az xəbər verir ki, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının ?Azadlıq.TV?-yə verdiyi məlumata görə, M. Hacılı demokratik qüvvələrin 28 may bayram tədbirindən sonra oğurlanıb: ?Bu gün demokratik qüvvələr Novxanı kəndində Məmmədəmin Rəsulzadənin heykəli önündə bayram mitinqi keçirib. Mitinqdən sonra mülki geyimli 5 nəfər Mustafa Hacılını zorla 10-AP-731 dövlət nömrə nişanlı ?Niva? markalı maşına mindirərək naməlum istiqamətə aparıblar. Hadisə zamanı Mustafa Hacılı tək olub. Mustafa bəyi zorla maşına mindirilməsini uzaqdan görən müsavatçılar hadisə yerinə çatına qədər basqınçılar maşınla ərazidən uzaqlaşıblar?. G. Aslanlı qeyd etdi ki, hadisə barədə polisə və hüquq müdafiəçilərinə məlumat verilib: ?Hadisədən dərhal sonra 102 xidmətinə zəng edərək məlumat vermişik. Eyni zamanda hüquq müdafiəçiləri Mustafa bəyin axtarışı ilə məşğuldur?. Axşam saatlarında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının ?Azadlıq.TV?-yə verdiyi məlumata görə, M. Hacılı Abşeron Rayon Polis İdarəsinə oradan isə Abşeron Rayon Məhkəməsinə aparılıb. Lakin məhkəmə mayın 29-na qədər təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA