?Milli Şura?da qarzıdurma, "EL" hərəkatı partiyaları ittiham etdi

img

28-05-2013 [09:50]


?28 May Azərbaycan üçün tarixi baxımdan olduqca önəmli bir gündür. Ona görə də Milli Şuranın məhz bu gün elan edilməsini vacib sayırıq?. MİA musavat.com-a istinadən xəbər verir ki, bu sözlər El hərəkatı İdarə Heyətinin mayın 28-də keçirdiyi fövqəladə toplantıda qəbul etdiyi bəyanatdandır. Bəyanatda bildirilir ki, fövqəladə toplantıda əsasən bu gün elan edilməsi gözlənilən Milli Şura ilə bağlı olub. Sənəddə daha sonra deyilir: ?El hərəkatı Milli Şuranın elan edilməsini olduqca vacib sayır. Milli Şura Azərbaycan siyasi həyatının ən vacib rola malik qurum ola bilər. İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması bu gün sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var. Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk. El hərəkatı bu duruma qətiyyətlə etiraz edir, 28 May kimi əlamətdar bir gündə Milli Şuranın elan edilməsinin vacibliyini bəyan edir. Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA