Milli Şura bu gün də elan olunmadı: "Noqtə qoyulub, qalıb nidanı da qoymaq"

img

28-05-2013 [01:31]


Milli Şura bu gün də elan olunmadı. Müsavat başqanı İsa Qəmbər Novxanıda keçirilən aksiyada etdiyi çıxışda bildirib ki, Milli Şuranın müzakirəsi tamamlanmaq üzrədir. Onun sözlərinə görə, şura ilə bağlı işlərin 99 faizinin artıq yekunlaşıb, lakin hələ elan olunması üçün tələsmək lazım deyil: ?Biz bu gün də elan edə bilərdik, amma tələsmək lazım deyil. Ən yaxın günlərdə məsləhətləşmələri yekunlaşdırıb, elan edəcəyik?. El Hərəkatının sədri Eldar Namazov da şura ilə bağlı nikbin danışıb. O, ?Milli Şuranın yaranması məsələsinə nöqtə qoymuşuq, ümid edirəm ki, nida da qoya biləcəyik?, - deyə, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA