Milli Şura sabah Novxanıdakı bayram mitinqində elan olunacaq

img

27-05-2013 [05:58]


Milli Şuranın yaradılması ətrafında müzakirələr nəhayət ki, başa çatmaq üzrədir. Bu gün səhər saatlarından Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və EL Hərəkatının sədri Eldar Namazov arasında görüş başlayıb. Görüş saat 15-də başa çatıb. Siyasətçilərin Milli Şuranın elan olunması üçün son detalları müzakirə etdiyi bildirilir. ?Yeni Müsavat?a daxil olan məlumata görə, Milli Şura mayın 28-də Novxanıda Məhəmmməd Əmin Rəsulzadənin abidəsi önündə keçiriləcək bayram mərasimində rəsmən elan olunacaq. Bayram mərasiminə Rüstəm İbrahimbəyovun telefon vasitəsilə qatılacağı da bildirilir. Qeyd edək ki, Ziyalılar Forumunun sədri, tanınmış kinodramaturq, rejissor Rüstəm İbrahimbəyov?aznews.az?a açıqlamasında bildirib ki, Milli Şurada təmsil olunan namizədlərin son siyahısı hazırdır: ?Milli Şura sabah elan olunacaq. Milli Şurada təmsil olunacaq namizədlərin siyahısı ilə bağlı hələlik heç nə deyə bilmərəm. İnşallah, siyahı açıqlananda Milli Şurada kimlərin təmsil olunduğunu hamı biləcək?. ?El? hərəkatının sədr müavini Zəfər Quliyev də ?qaynar.info?ya açıqlamasında Milli Şuranın sabah Novxanıda Rəsulzadənin abidəsi önündə elan olunacağını deyib: ?Forsmajor hadisələr baş verməsə, Milli Şuranı yaradacağıq. Sabah Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyi qeyd olunacaq. Milli Şuranın yaradılması bu günə təyin edilib. Azərbaycanın demokratik siyasi təşkilatları sabahkı tədbirdə iştirak edəcəklər. Onsuz da hər il ?28 May?ı qeyd etmək üçün bir yerə toplaşırıq. Bu, bir ənənə xarakteri daşıyır. Ona görə də mətbuatın və siyasi qüvvələrin iştirakı ilə Milli Şura Novxanıda elan olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA