YAP-çı deputatın oğlunu cərimələdilər

img

27-05-2013 [01:49]


Millət vəkili Aydın Mirzəzadənin oğlu yol polisi tərəfindən cərimələnib. YAP-çı deputat facebook hesabında oğlunun cərimələnməsindən yazıb. Millət vəkili dünən oğlunun yol hərəkəti qaydalarını pozduğu üçün 20 manat cərimə olunduğunu qeyd edib: ?Dünən oğlum küçəni lazım olmayan yerdən keçdiyinə görə 20 manat cərimə olunub. Danlamadım, ödəmək üçün pulu sakitcə oğluma verəndə üzümə baxıb gülümsədi və dedi ki, başa düşdüm?. Qeyd edək ki, ?Yol hərəkəti haqqında? qanunun 40-cı maddəsini pozan piyadalar İnzibati Xətalar Məcəlləsinin 153.1-1-ci maddəsinə müvafiq olaraq 20 manat cərimə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA