isa Qəmbər, Əli Kərimli və Eldar Namazovun görüzü bazladı

img

27-05-2013 [12:37]


Bu dəqiqələrdə Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və EL hərəkatının sədri Eldar Namazovun görüşü başlayıb. Bu barədə musavat.com-a məlumatlı mənbələrdən xəbər daxil olub. Bildirilir ki, görüşdə müzakirə olunacaq məsələlər barədə detallı məlumat verilməsə də, çox güman ki, bu, 28 mayda elan olunacağı gözlənilən Milli Şura ətrafında sonuncu müzakirələrdəndir və çox güman ki, liderlər həlledici qərar verəcəklər. Bundan öncə Müsavat başqanı İsveç və Türkiyədə səfərdə olub, Eldar Namazov isə Rusiya paytaxtında Rüstəm İbrahimbəyovla ciddi müzakirələr apararaq vətənə dönüb. Görüşün bu səfərlərdən dərhal sonraya təsadüf etməsi də diqqət çəkir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA