isa Qəmbərin isveç səfəri ilə bağlı zok detallar

img

27-05-2013 [11:27]


Xəbər verildiyi kimi, Müsavat başqanı İsa Qəmbər və müavini Arif Hacılı bir neçə gündür, İsveçdə səfərdədir. Partiya sədri səfər zamanı İsveçdə mühacir həyatı yaşayan azərbaycanlılarla, oradakı diaspor üzvlərimizlə görüşüb. Həmçinin, Müsavat başqanı dünən İsveç parlamentinin bir qrup deputatı ilə görüşüb, onların qarşısında çıxış edib. İsveç Parlamentindəki bu görüşü bu ölkənin Yaşıllar Partiyasını parlamentdə təmsil olan türk millət vəkili Mehmet Kaplan təşkil edib. AZNEWS.AZ-a Müsavat başqanın bu səfəri ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumata görə, İsa Qəmbər İsveçə bu səfərini təşkil edən şəxslər 2008-ci ildə prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edən şəxslərdəndir. Mənbə deyir ki, İ.Qəmbərin İsveçə səfərini təşkil edən Rahim Sadıqbəyli 2008-ci il prezident seçkilərində İsveçdə yaşayan azərbaycanlı mühacirlər adından yayılması qeyd olunan bəyanata imza atıblar. Müsavat başqanının İsveç səfəri ilə bağlı ən diqqətçəkən məqam isə bu deyil. İ.Qəmbərin İsveç parlamentində görüşlərini təşkil edən şəxsin kimliyi daha maraqlıdır. Türk əsilli deputat Mehmet Kaplan Fətullah Gülənə hərəkatına yaxın şəxslərdən biridir. Belə ki, M.Kaplan 2010-cu ildə Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin əsas səbəbi olan və İsrailin basqın edərək, bir neçə Türkiyə vətəndaşını öldürdüyü Mavi Marmara gəmisində Fələstinə gedən siyasətçilərdən biridir. Qeyd edək ki, Mavi Marmara gəmisi ilə həmin səfəri təşkil edən humanitar təşkilat AKP hökumətinə və Fətullah Gülənə yaxınlığı ilə seçilən bir qurumdur. Həmin gəmidə Fələstinə səfər etmək istəyən Mehmet Kaplanın məlum olaydan sonra İsrail əleyhinə çəkilmiş bir sənədli filmdə bu ölkə haqqında çox kəskin sözlər səsləndirir. M.Kaplan həmin hadisədən sonra İsrailə səfər etmək istəmiş, lakin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. Onun adı İsrailə girişi qadağan olan şəxslərin sırasındadır. İnternet axtarış sistemlərində isveçli deputatın İsrail hökuməti əleyhinə işlətdiyi sərt tənqidi fikirlər yer alır. Qeyd edək ki, Müsavat başqanının İsveçdə görüşləri davam edir. Partiya sədrinin bu ölkədən Türkiyəyə səfər edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA