ilyas ismayılov Gəncənin icra bazçısına daha bir məktub göndərdi

img

25-05-2013 [01:14]


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə daha bir məktub göndərib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, İ.İsmayılov bu dəfə başçıdan Gəncədəki ?Ədalət?çilərlə açıq havada görüş keçirməsi üçün şərait yaradılmasını xahiş edib. Xatırladaq ki, Ədalət Partiyası bu il avqust ayının 18-də özünün növbəti qurultayını keçirəcək. Qurultaya hazırlıqla əlaqədar artıq rayon təşkilatlarında konfransların keçirilməsinə və nümayəndələrin seçilməsinə başlanılıb. Ancaq partiyanın Gəncə Şəhər Təşkilatı indiyədək konfrans keçirə bilməyib. Çünki Şəhər İcra Hakimiyyəti bütün müraciətlərə baxmayaraq, tədbir üçün müvafiq yer ayrılmasından imtina edir. Hətta özəl təşkilatlarla əldə olunan razılaşma sonradan İcra hakimiyyətinin təzyiqi nəticəsində birtərəfli qaydada pozulur. Konfransın keçirilməsi ilə bağlı Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov həm Prezident Administrasiyası, həm də Gəncə Şəhər İcra Hakimiyyəti ilə bir neçə dəfə danışsa da problem həllini tapmayıb. Belə ki, səlahiyyətli şəxslər şifahi olaraq söz versələr də, əməli addım atmaqdan çəkiniblər. Məhz bu səbəbdən Ədalət Partiyası Gəncədə mayın 18-nə planlaşdırdığı konfransını təxirə salmalı olub. Onu da xatırladaq ki, Ədalət Partiyası sədrinin bundan əvvəl - martın 30-da Gəncədə üzvlərlə planlaşdırdığı görüş də icazə verilmədiyindən baş tutmamışdı. Partiyanın mətbuat xidmətindən onu da bildiriblər ki, Gəncə Şəhər İcra Hakimiyyətindən cavab alındıqdan sonra açıq havada ?Qarabağ, demokratiya və ədalət? mövzusunda keçirilməsi nəzərdə tutulan görüşün konkret yeri və vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA