Eldar Namazov Rüstəm ibrahimbəyovla görüzmək üçün Moskvaya getdi

img

24-05-2013 [05:22]


"El" hərəkatının lideri Eldar Namazov bu gün Moskvaya yola düşüb. Bu barədə musavat.com-a bilgili mənbələrdən xəbər daxil olub. Bildirilir ki, Eldar Namazovun Moskvaya getməsinin başlıca səbəbi Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovla görüşməkdir. E.Namazov R.İbrahimbəyovla bu günlərdə elan olunması gözlənilən Milli Şura barədə son məsləhətləşmələr, dəqiqləşdirmələr aparacaq. Daha sonra bildirilir ki, E.Namazov Moskvadakı görüşlərini başa çatdırdıqdan sonra birbaşa Türkiyəyə uçacaq və mayın 26-da qardaş ölkədə keçirilən, böyük öndərlər Rəsulzadə və Elçibəyə həsr olunan tədbirdə iştirak edəcək. Qeyd edək ki, həmin tədbirə Müsavat Partiyasının hazırda İsveçdə olan başqanı İsa Qəmbər də qatılacaq. Mayın 26-dan 27-nə keçən gecə hər iki siyasətçi Bakıya dönəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA