Prezidentin mətbuat xidməti xüsusi açıqlama yaydı

img

22-05-2013 [04:51]


Azərbaycan Prezidentinin mətbuat xidməti Azərbaycan və Ermənistan dövlət başçılarının 12 iyun tarixində Avstriyanın Zalsburq şəhərində görüşəcəkləri barədə erməni mətbuatında yayılan məlumatlara aydınlıq gətirib. Prezidentin mətbuat katibi Azər Qasımov açıqlamasında xəbəri təkzib edərək, onlarda belə bir məlumatın olmadığını deyib: ?Bizə belə bir məlumat yoxdur?. Qeyd edək ki, Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata görə, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin Zalsburqda görüşü planlaşdırılır. ?12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq?-deyə erməni KİV-ləri məlumat yayıb(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA