17-09-2018 [17:08]
ABŞ prezidentinin terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerk İran İnqilab Keşikçiləri Qvardiyasının "Əl-Qüds” qoşun komandanı Qasım Süleymani ilə görüşüb.
Məlumatı Küveytdə çıxan "Al-jarida” qəzeti yayıb.
Bildirilib ki, görüş sentyabrın 11-də olub. Tərəflər İraqda qurulacaq yeni hökuməti və başqa məsələləri müzakirə ediblər. Məlumata görə, Makqerk Süleymaniyə iki ölkə arasındakı bütün fikr ayrılığını kənara ataraq, İraqda yeni hökumətin qurulması məsələsində birgə işləməyi təklif edib.
"Makqerk deyib ki, Vaşinqton istənilən şəxsin baş nazir olmasına qarşı deyil, eləcə də Heydər Əl-İbadinin bu vəzifədə qalmasına qarşı çıxmır. Onun sözlərinə görə, ABŞ İraqda başlayan prosesin davam etməsini, İranın buna çətinlik yaratmamasını istəyir”, - qəzet vurğulayıb.
İnformasiyaya əsasən, görüş Makqerin təşəbbüsü ilə keçirilib.
İranlı general Qasım Süleymani amerikalı nümayəndəyə ölkəsinin İraqdakı konsulluğuna hücum barədə əvvəlcədən məlumatlı olduqlarına dəlil-sübut təqdim edib. O, Bağdad yaxınlığındakı ABŞ konsulluğuna hücumun İrana aiddiyyəti olmadığını çatdırıb.
"Süleymani amerikalıya xəbərdarlıq edib ki, İraq İranın "qırmızı xətt”idir və Tehran heç vaxt ondan imtina etməyəcək”, - mənbə vurğulayıb.
Süleymani qeyd edib ki, ABŞ İraqda İranın maraqlarına ziddi getməzsə, İran da İraqda ABŞ-ın maraqlarına qarışmamağa hazırdır. Qəzet bildirib ki, tərəflər İraqda yeni hökumət qurulanadək görüşü davam etdirməyi qərarlaşdırıblar. Onlar bildirib ki, hökumətsiz İraq daha təhlükəli vəziyyətdə olacaq.
Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru, indiki dövlət katibi Mayk Pompeo Qasım Süleymaniyə məktub göndərmişdi. O bu məktubda Tehranı İraqdakı ABŞ maraqlarına mümkün hücumlardan çəkinməyə çağırmışdı. Süleymani isə bu məktubu heç oxumadığını bildirmişdi.
Mayk Pompeo məktubda Süleymaniyə şəxsən onun və Tehranın mümkün hədələrə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişdi.
İranın ali rəhbər ayətüllah Əli Xamaneynin administrasiya başçısı Məhəmməd Məhəmmədi-Qolpayeqani bildirmişdi ki, Süleymani həmin məktuba əhəmiyyət verməyib: "Bu yaxınlarda MKİ özünün regiondakı kontaktlarından birinin vasitəsilə general Süleymaniyə məktub göndərib. Süleymani bizə dedi ki, nə belə məktub alıb, nə də onu oxuyub. General deyib ki, onun bu adamlara deyiləcək sözü yoxdur”.("Report”)
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb