Heydər və ilham Əliyevin yaxın dostu olan milyarderi kimlər vurur? - Qarzıdurma

img

21-05-2013 [04:14]


[/center] Müsahibimizin sözlərinə görə, Vaqif Məmişova qarşı kəskin münasibətlərdə olan və bunu gizlətməyən qruplaşmanın birinə komitə sədri Nazim İbrahimov rəhbərlik edir: Nazim İbrahimov komitə sədri olandan Vaqif Məmişovla ?yol?a getmədi. Çünki onun Sankt-Peterburqda böyük biznes planları vardı. Və o, bu layihəsinə başqalarının haqqını mənimsəməklə də olsa, milyarderdən açıq dəstək istəyirdi. Məmişov isə ona şəhərdə ?yaşıl işıq? yandırmadı. Həmin zamandan da Nazim İbrahimov komitənin imkanlarından və şəhərdəki həmyerlilərindən, hətta keçmiş konsuldan yararlanmaqla, Vaqif Məmişovu ?devirməyə?, onun rəhbərlik etdiyi diasporu nəzarətinə götürmək istədi. Lakin onun 15 illik səyləri bu günədək nəticə verməyib. Həmin şəhərdəki keçmiş konsul, hazırda Rusiyadakı səfirliyimizdə müavin olan Qüdsü Osmanovla Vaqif Məmişovun arasındakı qalmaqalın ?pərdəarxası mahir ustaları?ndan birinin Nazim İbrahimov olması artıq şübhə doğurmur. Həmin qalmaqaldan istifadə edən komitə sədri Məmişova bir neçə ?cəhbə?dən zərbə vurmaq istədi. Və etiraf etmək lazımdır ki, buna müəyyən qədər də nail oldu?. Məlumatlı şəxs deyir ki, hazırda Azərbaycanda yüksək vəzifədə təmsil olunan digər bir nüfuzlu məmur və onun deputat qohumları da Vaqif Məmişovla konflikt həddindədir: ?Bu qalmaqal, sözsüz ki, Sankt-Peterburqdakı iri bizneslə bağlıdır. Bildiyimə görə, son vaxtlar həmin məmurun milliyyətcə rus olan qayınları ilə Məmişovun arasında problem yaranıb. Daha doğrusu, onlar ötən il şəhərdə baş verən bir hadisədə Vaqif Məmişovdan dəstək istəyiblər. Amma ?yox? cavabı alıblar. Həmin hadisə isə şəhərdə baş verən bir qətl hadisəsi ilə bağlı olub. Həmin məmurun oradakı biznesinə ?polis çətiri? altında nəzarət edən polkovnik rütbəli bir soydaşımız problemlə üzləşmişdi. Vaqif Məmişov da hələlik toxunmadığım həmin hadisənin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasına çalışdı. Çünki hər iki tərəf soydaşımız olmaqla yanaşı, həm də həmyerli idilər. Bu isə şübhəsiz ki, Azərbaycandakı məmurumuz və onun kifayət qədər imkanlara sahib olan qohumlarını narazı salmaya bilməzdi?. [center][lib]vaqif_mamisev.jpg[/lib][/center] Müsahibimiz həmin nüfuzlu məmurun Sankt-Peterburqdakı iri biznesindən də söz açıb: ?Onu da deyim ki, həmin nüfuzlu məmurun qohumları da halal yolun davamçıları deyil. Onların da Sankt-Peterburqda bir neçə səsli-küylü qətl hadisələrində, sifarişli həbslərdə adları hallanıb. İndi bu adamların Azərbaycandakı yaxınları Vaqif Məmişovun gah geçmişinə dair əsasən təhrif olunmuş materiallar yayır, gah Vaqif Məmişovu Söyun Sadıqovun rəhbərlik etdiyi təşkilatla əlaqələndirir, gah da hansısa cinayət hadisələrinə ?yamamaq? istəyirlər. Lakin onu yaxından tanıyanlar bilir ki, belə yola Vaqif Məmişovu ?vurmaq? müşkil məsələdir. O, Azərbaycanda bir çoxlarının təsəvvür etmədiyi gücə və imkanlara sahibdir?. Müsahibimiz istər Vaqif Məmişov, istərsə də ona qarşı duran tərəflər haqqında olduqca maraqlı hadisə və faktlardan da söz açıb. Bu barədə informasiyalarımızı yaymağa davam edəcəyik. Qarşı tərəfləri dinləməyə də hazırıq. ?Reytinq? qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA