AXCP görüzlərinə pulla adam yığılması ittihamına cavab verdi

img

21-05-2013 [01:50]


AXCP-nin Masallı rayonunda keçirdiyi toplantı qalmaqalla başa çatıb. Belə ki, görüşdə iştirak edən rayon sakinləri bunun müqabilində onlara pul vəd edildiyini, amma aldadıldıqlarını iddia ediblər. Rayon sakinləri Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu, Rzayev Sahib Mirzə oğlu tərəfindən ?Qafqazinfo?ya daxil olan müraciətdə bildirilir ki, onlar mayın 11-də səhər saat 10-da işə getdikləri zaman AXCP-nin rayon təşkilatının rəsmisi Məmmədağa Eynullayevlə rastlaşıblar. M.Eynullayev onlara bildirib ki, mayın 12-də 2013-cü il saat 15.00-da rayonda yığıncaq keçiriləcək. ?Kim iştirak etsə, adam başına 15 manat pul paylanacaq və veriləcək. Biz də razılaşdıq?. Tədbirin mahiyyətindən xəbərsiz Masallı sakinləri bildirirlər ki, orada Məmmədağa Eynullayevin qohumu Yaqubla görüşüblər. Yaqub deyib ki, ?arxayın olun özünüzlə nə qədər adam gətirə bilirsinizsə gətirin, hamısına pul veriləcək?. Vəd verilən vətəndaşlar mayın 12-də saat 15.00 radələrində deyilən yerə gələrək yığıncaqda iştirak ediblər. Lakin iclasdan sonra pul üstündə mübahisə düşüb: ?Pulumuzu vermək istəmirdilər. Biz pulu Məmmədağanın yaxın adamı olan Yaqubdan tələb etdik. O da Məmmədağadan istədi, sonra adama 5 manat pul verdilər və dedilər ki, qalan 10 manatı da Bakıdan gələn qonaqlar verəcək?. Bakıdan gələn qonaqların kimliyi ilə maraqlanan Masallı sakinlərinə deyiblər k, bu, Fuad Qəhrəmanlı adlı birisidir: ?Dedilər AXCP rəhbərlərindən biridir. Fuad Qəhrəmanlının pul verəcəyini çox gözləsək də o, bizimlə görüşmədi və maşına əyləşərək çıxıb getdi?. İndi görüşdə iştirak edən rayon sakinləri onlara vəd edilən pulu tələb edirlər: ?Xahiş edirik ki, pulumuzu almaqda bizə köməklik göstərin?. *** Hər hansı rayon şöbəsinin iclasını keçirmək üçün əhalinin pul müqabilində ora dəvət edilməsi absurd məsələdir.Bu barədə ?Qafqazinfo?ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev Fuad Qəhrəmanlının adının pul qalmaqalında hallanması məsələsinə münasibət bildirərkən deyib. Razi Nurullayev bildirib ki, AXCP olaraq bu məsələni tamamilə təkzib edir: ?Hər hansı rayon şöbəsinin iclasını keçirmək üçün əhalinin pul müqabilində ora dəvət edilməsi absurd məsələdir. AXCP-nin buna ehtiyacı da yoxdur. Bizim Masallıda kifayət qədər tərəfdarlarımız üzvlərimiz var. Biz heç vaxt nəsə qarşılığında pul təklif etməmişik. Bu AXCP-yə qarşı aparılan piar kampaniyasıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA