Salyanlılar ayağa qalxdı, təcili yardım mazınını yandırmaq istədilər, yolu bağladılar

img

21-05-2013 [11:31]


Salyan rayonunda bir qrup kənd sakini Ələt-Astara magistralı yolunu kəsilməklə etiraz aksiyası keçirib. Əldə etdiyimiz məlumata görə, aksiyanın keçirilməsinə səbəb Salyan rayonunun Xıdırlı kənd sakini, 1967-ci il təvəllüdlü Eynulla Saday oğlu Ağayevin qəfildən infarkt keçirməsi və ona vaxtında tibbi yardım göstərilməməsi olub. Salyan rayon təcili yardım stansiyasından yola düşən tibbi briqada rayon mərkəzindən 45 kilometr aralıda yerləşən Xıdırlı kəndinə gec çatıb və buna qədər Eynulla Ağayev keçinib. Təcili yardım maşının gecikməsidən qəzəblənən kənd sakinləri təcili yardım maşınını yandırmaq istəyiblər, ancaq bunun qarşısı alınıb. Bundan sonra 25 nəfərə yaxın kənd sakini axşam saat 22-10 radələrindən 00-02 radələırinə kimi etiraz əlaməti olaraq Ələt-Astara magistral yolunu bağlayıb. Hadisə yerinə rayon rəhbərliyi, polis əməkdaşları gəlib. Aksiya iştirakçıları ilə aparılan danışıqlardan sonra Ələt-Astara yolu açılıb. /musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA